|
 |
Xəbərlər
ZAQATALADA YALNIZ BİR NƏFƏR XƏSARƏT ALIB
2012-05-07 - 16:17:00
Mayın 7-si Zaqatala rayonunda dörd dəfə zəlzələ baş verib. 12 ballıq şkala üzrə ilk təkan 7 bal, sonrakı təkanlar 4-4,5 bal gücündə olub. Müxtəlif KİV-lərdə yaralananların, hətta ölənlərin olduğu barədə məlumatlar yayılıb.
“Media forum” saytı məsələyə aydınlıq gətirmək üçün bir daha Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Həmzə Suleymanovla əlaqə saxlayıb.
Mayın 7-si “Media forum”a ilk açıqlamasında Həmzə Suleymanov demişdi ki, yaralananların olub-olmadığı məsələsi hələ dəq ...
|
 |
PUTİN MEDVEDYEVİ BAŞ NAZİR POSTUNA NAMİZƏD İRƏLİ SÜRDÜ
2012-05-07 - 16:11:00
Rusiyanın yeni prezidenti Vladimir Putin mayın 7-də, andiçmə mərasimindən sonra Dövlət Dumasına təqdimat göndərərək Dmitri Medvedyevi baş nazir postuna namizəd irəli sürüb. “Media forum” saytının məlumatına görə, parlamentin aşağı palatasının spikeri Sergey Narışkin belə açıqlama verib.
1965-ci il sentyabrın 14-də Leninqradda (Sankt-Peterburqda) anadan olan Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə aspiranturanı bitirib.
1990-1999-cu ...
|
 |
CƏHBƏ BÖLGƏSİNDƏ ŞUŞA ANIMI
2012-05-07 - 15:37:00
Şuşanın işğalının 20-ci ili ilə bağlı tədbirlərdən biri də cəbhə bölgəsində, Tərtərin Borsunlu kəndində keçirilib. “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi ilə Parlament Jurnalistləri Birliyinin birgə təşkil etdiyi tədbirdə Xankəndidən deputat Flora Qasımova da Şuşa və Tərtərin icra hakimiyyətləri nümayəndələri, Şuşa polisinin zabitləri, Tərtərdə məskunlaşan şuşalılar və Şuşa məktəbinin şagirdləri iştirak ediblər.
“Mən Şuşamı istəyirəm!” şüarı ilə keçirilən bu tədbi ...
|
ZAQATALADA GÜN ƏRZİNDƏ DÖRDÜNCÜ ZƏLZƏLƏ OLUB
2012-05-07 - 14:58:00
Mayın 7-si saat 13:36-da Zaqatalada yenidən yeraltı təkan olub.
Bu dəfə də zəlzələ rayondan 18 kilometr cənubi-şərqdə qeydə alınıb.
Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin gücü Zaqatalada 4, Qax, Oğuz, Şəki rayonlarında 2-3 bal gücündə hiss olunub.
İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.
Mayın 7-də buna qədər Zaqatalada üç dəfə zəlzələ olub.
...
|
 |
BAKIDA PİKET CƏHDİ (Şəkillər)
2012-05-07 - 14:03:00
Müxalif İctimai Palatanın fəalları mayın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməyə cəhd göstərib. Polis piketi dağıdıb.
Aksiyanın əsas şüarı sərbəst toplaşmaq azadlığının təmin edilməsi olub.
...
|
 |
PUTİN AND İÇDİ
2012-05-07 - 13:57:00
Rusiyanın yeni prezidenti Vladimir Putin mayın 6-da Kremldə and içib.
Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. Uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışıb.
Mərkəzi hakimiyyət orqanlarına ötən əsrin 90-cı illərinin ortalarında gəlib. 1996-cı ildə Rusiya prezidentinin işlər müdirinin müavini, 1997-ci ildə Prezident Administ ...
|
 |
BƏXTİYAR HACIYEVİN ŞİKAYƏTİ ÜZRƏ HAZIRLIQ İCLASI OLDU
2012-05-07 - 13:04:00
Bakı Apellyasiya Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılmasından imtina qərarından şikayəti üzrə hazırlıq iclası olub. Hakim Mirzəli Abbasovun sədrliyi keçirilən hazırlıq iclasında şikayətə mayın 21-də baxılmasına qərar verilib.
Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də həbs edilib. Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqs ...
|
 |
MASALLIDA MÜZAKİRƏLƏR və NƏTİCƏLƏR
2012-05-07 - 12:59:00
Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi Bakıda və rayonlarda “Azərbaycan Xalq Cümhuriyyəti - 94” adı altında diskussiyalar keçirir. Bu silsilədən növbəti tədbir ötən həftənin sonunda Masallıda təşkil olundu. Mövzu “Azərbaycan və Türkiyənin regionla münasibətləri” idi.
İzmir İqtisadi Universitetinin doktoru İtiq Bağdadi Türkiyənin beynəlxalq münasibətlər sistemindəki durumundan danışıb: “Xarici işlər nazirimiz Əhməd Davudoğlu qonşularla “sıfır problem” siyasəti elan etmişdi, indi əksinə, ...
|
ZAQATALA: ZƏLZƏLƏ VAXTI ÖZÜNÜ PƏNCƏRƏDƏN ATAN OLUB
2012-05-07 - 12:39:00
Mayın 7-də Zaqatala bələdiyyəsinin sədri Vaqif Şabanov “Media forum” saytına açıqlamasında bildirib ki, zəlzələ vaxtı rayonun Dombabinə kəndində bir nəfər pəncərədən özünü atıb. Həmin şəxsin qolu sınıb.
Hazırda Dombabinədə olduğunu bildirən Vaqif Şabanovun sözlərinə görə, burada qəzalı vəziyyətdə olan evlərdən biri zəlzələdən sonra çöküb: “Bəzi başqa yaşayış binalarının divarlarında çatlar yaranıb”.
Bələdiyyə sədri deyib ki, rayon mərkəzində də təhlükəli vəziyyət yaranıb: “Aşağı Tala, ...
|
ZAQATALA RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ MÜAVİNİ: “BƏZİ EVLƏRİN DİVARI ÇÖKÜB. MƏKTƏB BİNALARINDA ÇATLAR YARANIB”
2012-05-07 - 12:20:00
Xəbər verdiyimiz kimi, mayın 7-də səhər saatlarında Zaqatala rayonunda üç dəfə yeraltı təkan baş verib. 12 ballıq şkala üzrə ilk təkan 7 bal, sonrakı təkanlar 3 bal gücündə olub.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Həmzə Suleymanov “Media forum” saytına açıqlamasında deyib ki, hazırda zəlzələnin fəsadları haqqında məlumatlar toplanır: “Fəsadlar istər rayon mərkəzini, istərsə də kəndləri əhatə edir. Bəzi yaşayış evlərinin divarları çöküb. İlkin məlumata görə, orta məktə ...
|
 |
RAMİZ MEHDİYEV: “BİZİ ÇƏTİN və MƏSULİYYƏTLİ VƏZİFƏLƏR GÖZLƏYİR”
2012-05-07 - 11:26:00
Yeni Azərbaycan Partiyası mayın 5-də “Gülüstan” sarayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı “Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans keçirib.
Konfransın işində Prezident Administrasiyasının məsul işçiləri, nazirlər, dövlət komitələrinin, şirkətlərin və agentliklərin rəhbərləri, Milli Məclisin deputatları, ziyalılar iştirak ediblər.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev konfransda geniş ...
|
ZAQATALADA YENİDƏN ZƏLZƏLƏLƏR BAŞ VERİB
2012-05-07 - 11:23:00
Mayın 7-də saat 10:38 və 10:40-da Zaqatala rayonunda yenidən yeraltı təkanlar baş verib.
Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 12 ballıq şkala üzrə zəlzələ 4 bal gücündə olub.
Yeraltı təkanlar rayonun 18 kilometr cənubi-qərbdə qeydə alınıb.
...
|
 |
AZƏRBAYCANDA 7 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB
2012-05-07 - 10:59:00
Mayın 7-də saat 09:40-da Azərbaycanın Zaqatala rayonundan 17 km cənubi-qərbdə zəlzələ baş verib.
Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələnin gücü 12 ballıq şkala üzrə Zaqatala və Qaxda 7 bal; Şəki, Oğuz, Qazax, Tovuz və digər rayonlarda 2-5 bal arasında olub.
Tikililərdə dağıntı var. İnsan tələfatı yoxdur.
...
|
GÜRCÜSTANDA 5,8 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB
2012-05-07 - 10:31:00
Mayın 7-də Gürcüstanın şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
“Media forum” saytı xəbər verir ki, zəlzələnin episentri Kaxeti bölgəsinə, Dedoplistskaro şəhərinin 22 kilometrliyindən uzaqdakı əraziyə düşüb.
Gürcüstanın paytaxtı Tbilisidə də iki güclü yeraltı təkanın baş verdiyi bildirilir.
Dağıntı və tələfatın olub-olmadığı haqda hələ məlumat yoxdur.
...
|
ERMƏNİSTANDA PARLAMENT SEÇKİSİ: İLKİN NƏTİCƏLƏR AÇIQLANIB
2012-05-07 - 10:02:00
Ermənistanda mayın 6-da keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. “Armtoday.info” saytının məlumatına görə, prezident Serj Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyası 53,67 faiz səslə birinci yerdə gedir. Çiçəklənən Ermənistan Partiyasının 29,78 faiz səslə ikinci yerdə qərarlaşdığı xəbər verilir.
Ermənistan parlamenti 131 deputatdan ibarətdir və qarışıq sistemlə formalaşır: 90 deputat partiya siyahıları üzrə, 41-i isə birmandatlı dairələrdən seçilir. Par ...
|
 |
PREZİDENT İLHAM ƏLİYEV PAYTAXTDA GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLUB (Şəkillər)
2012-05-07 - 09:34:00
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 6-da Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi, paytaxtın Nərimanov rayonundakı Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində yeni çəkilmiş 1 kilometrə yaxın yol, “Hilton” otelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olublar.
AzərTAc bildirir ki, Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində yeni çəkilmiş yolun eni 32 metrdir. İkitərəfli yol 4 zolaqlıdır. ...
|
 |
FRANSADA FRANSUA ZƏFƏRİ: SARKOZİ MƏĞLUB OLDU
2012-05-07 - 09:21:00
Mayın 6-da Fransada prezident seçkisinin ikinci turu keçirilib. Sosialist Partiyasından Fransua Oland 51 faizə yaxın səslə qalib olub. O, prezident Nikola Sarkoziyə qalib gəlib.
57 yaşlı Fransua Oland ölkə tarixində Fransua Mitterandan sonra Sosialist Partiyasından prezident kürsüsünə yiyələnən ikinci şəxsdir.
...
|
 |
BDU-nun MÜƏLLİMİ MƏHƏMMƏD İMANLI HƏBS EDİLİB
2012-05-06 - 16:40:00
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlu tutulub.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən AzərTAc-a bildiriblər ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş paytaxt sakinindən Bakı Dövlət Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40 min manat pul tələb edib. Mayın 5-də o, yaşadığı evdə (Bakı, Zabrat qəsəbəsi, Puş ...
|
 |
SƏFƏR BAŞA ÇATDI. PREZİDENTİN TƏHLÜKƏSİZLİK ŞURASINDAKI ÇIXIŞINDAN
2012-05-06 - 15:11:00
AzərTAc xəbər verir ki, Amerika Birləşmiş Ştatlarına işgüzar səfərini başa vuran prezident İlham Əliyev mayın 5-də Bakıya qayıdıb. Paytaxt aeroportunda dövlət başçısını baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Dövlət başçı səfərin son günündə BMT-nin baş katibi Pan Gi Mun, Almaniyanın xarici işlər naziri Gido Vestervelle, Toqonun xarici işlər və əməkdaşlıq naziri Eliot Ohi ...
|
İCTİMAİ PALATANIN SESSİYASINDA BƏYANAT QƏBUL OLUNUB
2012-05-05 - 14:29:00
Mayın 5-də İctimai Palatanın sessiyası keçirilib. Sessiyada vicdan məhbuslari ilə əlaqədar bəyanat qəbul olunub. Bəyanatda hüquq müdafiəçiləri Oqtay Gülalıyev və Taleh Xasməmmədovun, jurnalistlər Anar Bayramlı və Ramin Bayramovun həbsi ilə vicdan məhbuslarının sayının 18-ə qalxdığı vurğulanır: “AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun və bir neçə digər şəxsin həbs edilməsi vicdan məhbuslarının sayının daha da artacağı ehtimalını yaradır”.
Palatanın fikrincə, beynəlxalq mahnı müsab ...
|
|
 |
SERBİYADA PREZİDENT DƏYİŞDİ2012-05-21 - 09:30:00
Mayın 20-də Serbiyada prezident seçkisinin ikinci turu keçirilib. “Media forum” saytı xəbər verir ki, Serb Tərəqqi Partiyasının lideri Tomisla
ardı >>>
LAÇINDAN ARALI2012-05-17 - 15:27:00
İmdad ƏLİZADƏ
Atam Əli Əliyev Laçınla Kəlbəcərin arasında mühasirədə qaldığı əlli dörd gündə anam Ze
ardı >>>
TOZA ÇEVRİLMİŞ TORPAQ2012-05-17 - 10:24:00
Yeganə OQTAYQIZI
Laçın... İşğal olunmuş, əsir düşmüş yurd yeri. Hər il torpağa qayıtmaq ümidi ilə ya
ardı >>>
ORTA YOL2012-05-16 - 16:02:00
Mail YAQUB
Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi
Orta yol - mötədil rasi
ardı >>>
ƏLDƏ TELEFON NÖMRƏSİ 2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi?
“Azercell” şir
ardı >>>
|