|
 |
Monitorinq
 |
TƏRTƏR, BƏRDƏ və GÖYÇAYDA QARABAĞ SORĞUSU (Nəticələr)
2011-12-23 - 10:46:00
“Atlas” Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları barədə Tərtər, Bərdə və Göyçayda keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Tərtər
“Azərbaycan öz torpaqlarını hansı yolla geri qaytarmalıdır” sualına Tərtərdəki respondentlərin təxminən 85 faizi “sülh yolu ilə”, yalnız 15 faizi “müharibə yolu ilə” cavabını veriblər.
“ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz” sualına sorğu iştirakçılarının əksəriyyəti, təxminən 75 faizi müsbət cav ...
|
 |
SİLAHLI QÜVVƏLƏRİN 2011-ci İL İTKİLƏRİ (Siyahı)
2011-11-30 - 11:08:00
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ölkənin təhlükəsizlik və müdafiə sektorunda 2011-ci il itkilərinin siyahısını açıqlayıb. “Media forum” saytı siyahını təqdim edir.
4 yanvar. 19 yaşlı əsgər Tural İbrahimov Müdafiə Nazirliyinin (MN) hospitalında dünyasını dəyişib. Səbəbləri dəqiq deyil.
4 yanvar. Dövlət Sərhəd Xidmətinin (DSX) Astaradakı zastavasında 19 yaşlı əsgər Niyaz İsrafilov avtomat silahdan atəş açaraq əsgər yoldaşı, 19 yaşlı İdris İsmayılovu qətlə yetirib. DS ...
|
HƏMKARLAR TƏŞKİLATLARI İLƏ BAĞLI ARAŞDIRMANIN NƏTİCƏLƏRİ AÇIQLANIB
2011-11-25 - 17:10:00
“Media forum” saytı xəbər verir ki, Vətəndaş Cəmiyyətinin Öyrənilməsi Mərkəzi həmkarlar təşkilatlarının Azərbaycanda inkişaf səviyyəsini öyrənmək məqsədilə sorğu keçirib. Sorğu üç şəhərdə (Şəki, Gəncə və Bakı) üç peşədə çalışanlar - tikinti, nəqliyyat və əhaliyə xidmət işçiləri arasında keçirilib. Sorğu həmçinin iş sahibləri və həmkarlar ittifaqları sahəsində siyasətlə məşğul olanları əhatə edib. Nəhayət, mediada həmkarlar təşkilatlarına aid məlumatların monitorinqi aparılıb.
Əməkçilər ar ...
|
 |
NİYƏ BOŞANIRLAR? (Monitorinqin nəticələri açıqlanıb)
2011-10-13 - 13:18:00
İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi “Qadın hüquqlarının müdafiəsinin məhkəmələrdə monitorinqi” layihəsinin nəticələrini təqdim edib. Komitənin sədri Akif Əlizadə “Media forum” saytına bildirib ki, il ərzində Bakıda və bəzi rayonlarda nikahın pozulması ilə bağlı 153 məhkəmə prosesi monitorinq edilıb, məhkəmə proseslərində vəkillik və nümayəndəlik fəaliyyətini həyata keçirən hüquqşünaslarla sorğu-müsahibələr aparılıb, müxtəlif ölkələrin ailə qanunvericiliyi öyrənilib.
Monitorin ...
|
 |
İFADƏ AZADLIĞI HESABATI: 6 AYDA NƏLƏR YAŞANIB?
2011-07-22 - 16:10:00
Media Hüququ İnstitutu iyulun 22-də “Azərbaycanda ifadə azadlığı” hesabatının təqdimatını keçirib. 2011-ci ilin 6 ayında baş verən olayların ifadə olunduğu hesabat 7 bölümdən ibarətdir.
“Önəmli olaylardan seçmələr” bölümündə qeyd olunur ki, Azərbaycan həbsxanalarında jurnalist qalmayıb. May ayında həbsxanada olan son jurnalist, “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayev azadlığa çıxıb. Hesabatda eyni zamanda vurğulanır ki, cəsur jurnalistin ...
|
AVTOMOBİLİN ORTA QİYMƏTİ DƏYİŞMƏYİB, İNŞAAT MATERİALLARI BAHALAŞIB
2011-06-24 - 14:07:00
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən “Media forum” saytına verilən məlumata görə, may ayı ərzində Bakının avtomobil bazarında orta qiymət 15115 dollar olub. Uzun illərdir təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası “Mercedes-Benz”in təklif üzrə payında aprel ayı ilə müqayisədə 1,0% artım var. Bu markanın ümumi portfeldə payı 30,3% təşkil edib.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi paytax ...
|
MƏCBURİ KÖÇKÜNLƏRLƏ BAĞLI BEYNƏLXALQ və YERLİ TƏŞKİLATLARIN FƏALİYYƏTİNİN MONİTORİNQİNƏ BAŞLANIB
2011-04-05 - 13:15:00 Azərbaycanda məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təşkilatların və yerli hüquq müdafiə təşkilatlarının fəaliyyətinin monitorinqinə başlanıb. Monitorinqi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Demokratik İnkişaf Platforması” İctimai Birliyi aparır.
Monitorinq 6 ay ərzində həyata keçiriləcək. BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində fəaliyyətinin, beynəlxalq və yer ...
|
 |
DAŞQINDAN 7 AY SONRA
2010-12-24 - 11:11:00
Oqtay GÜLALIYEV “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru
Mayda baş verən Kür daşqınlarından 7 aydan artıq vaxt keçir. O zaman dövlət başçısı, hökümət rəsmiləri oktyabr ayına kimi fəlakətin nəticələrinin aradan qaldırılacağını, təsirə məruz qalmış insanlara dəyən ziyanın ödəniləcəyini, “Kür qaçqınlarının” evlə təmin olunacaqlarını, onların digər sosial problemlərinin həll olunacağını bildirmişdilər. Amma təəssüf ki, vədlər özünü doğrultmadı.
Fəlakətlə bağlı yaradılmı ...
|
 |
RESPONDENTLƏRİN 57%-i PARLAMENT SEÇKİSİNDƏ İŞTİRAK EDƏCƏYİNİ BİLDİRİB
2010-10-15 - 11:53:00 İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (FAR CENTRE) ABŞ-ın National Endowment for Democracy (NED) təşkilatının dəstəyi ilə “Azərbaycan gənclərinin sosial və mənəvi durumuna dair” sosioloji sorğu keçirib. 2010-cu ilin iyun-iyul aylarında gerçəkləşdirilən sorğunu ADAM Sosioloji Araşdırmalar Mərkəzi aparıb. Respondentlərin ümumi sayı 1000 nəfər olub - kişilər 45%, qadınlar 55%.
“Media forum” saytının məlumatına görə, sorğu anketinə 22 sual daxil edilib. Sorğu Bakı, Şamaxı, Şəki, Gəncə, Lənkəran ...
|
 |
“AZƏRBAYCANDA SÖZ AZADLIĞI” HESABATI AÇIQLANIB
2010-09-21 - 12:40:00 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azərbaycanda söz azadlığı” adlı hesabatını açıqlayıb. 2010-cu ilin ilk 7 ayını əhatə edən hesabatda bu müddət ərzində ölkədə medianın və söz azadlığının ümumi mənzərəsi, böhtan və diffamasiya işləri və KİV-ə qarşı digər iddialar, jurnalistlərə və media qurumlarına qarşı hücumlar, təxribatlar, zorakılıq və hədələr, jurnalistlərin qaldırdığı iddialar, dövlət qurumlarının hərəkətsizliyi ilə bağlı iddialar və s. əksini tapıb. Hesabatda R ...
|
“KÜR” ARALIQ HESABAT HAZIRLAYIB
2010-09-16 - 20:01:00 “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev “Media forum” saytına açıqlamasında deyib ki, qurum Kür daşqınlarının yaratdığı problemlərlə bağlı fəlakət bölgəsində aparılmış monitorinqin nəticələrinə dair aralıq hesabat hazırlayıb.
Hesabatda deyilir ki, 2010-cu ilin mayın əvvəlindən başlayaraq Kür çayının daşqınları nəticəsində Azərbaycanın 40-a yaxın rayonunda 30 mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin su altında qalması ilə insanlara, təsərrüf ...
|
 |
GƏNCLƏRİN 53 FAİZİNİN ŞƏRİƏT QANUNLARININ TƏTBİQİNƏ TƏRƏFDAR ÇIXDIĞI AÇIQLANDI
2010-06-11 - 14:49:00
"ADAM" sosioloji xidməti Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin (FAR CENTRE) ABŞ-ın National Endowment for Democracy (NED) təşkilatının dəstəyi ilə 2009-cu ildə keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğuda məqsəd Azərbaycan gənclərinin sosial durumunu və ölkədəki ictimai-siyasi proseslərə baxışlarını öyrənmək olub. “Media forum” saytının məlumatına görə, sorğu anketinə gənclərin həm də dini baxışlarına dair suallar daxil edilib.
Rəyi soruşulan gənclərin (18-30 yaş arasında) 55%-i ...
|
 |
YAXŞI NƏDİR, PİS NƏ? (45 qurumun internet saytı incələnib)
2010-05-17 - 17:17:00 Mayın 17-də Media Hüququ İnstitutu (MHİ) 17 May Ümumdünya İnformasiyalı Cəmiyyət Günü ilə əlaqədar “Azərbaycanda informasiya azadlığının durumu” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada “Azərbaycanda ictimai bilgilərə çatım” adlanan hesabat açıqlanıb.
“Media forum” saytının məlumatına görə, hesabat informasiya azadlığı ilə bağlı milli qanunların beynəlxalq müqavilələrə uyğunluğunun araşdırılmasını, MHİ-nin, jurnalistlərin, sivil toplum quruluşları fəallarının bilgi sahiblərinə göndərdik ...
|
 |
MART-APREL AYLARINDAKI AVTOMOBİL QƏZALARI
2010-05-14 - 15:16:00
“N-media” qrupu rəsmi informasiyalar əsasında 2010-cu ilin mart-aprel aylarında baş verən avtomobil qəzalarının statistikasını aparıb. Qrupa daxil olan “Mərkəz” qəzetinin baş redaktor müavini Nicat Sadıqlı “Media forum”a deyib ki, məqsəd hadisələrin, xəsarət alanların, dünyasını dəyişənlərin sayını, qəzaların xarakterini, həmçinin hansı avtomobillərin daha çox qəzaya uğradığını aşkarlamaq olub: “İki ay ərzində 95 nəqliyyat hadisəsi baş verib”.
Nəqliyyat hadisəsi baş verən avtomobillər:
...
|
 |
BU İLİN ÜÇ AYINDA AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ 27 HƏRBÇİSİNİ İTİRİB, 25 NƏFƏR YARALANIB
2010-04-01 - 12:47:00 2010-cu ilin yanvar, fevral, mart aylarında Azərbaycan Silahlı Qüvvələri 27 hərbi qulluqçusunu itirib, 25 hərbçi yaralanıb. “Media forum” saytı bildirir ki, bu məlumat "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin 2010-cu ilin birinci rübündə Azərbaycan Silahlı Qüvvələrindəki itkilərə dair hesabatında açıqlanıb.
Hesabatda deyilir ki, ilin ilk üç ayında Silahlı Qüvvələrdə 2 nəfər xəstəlik, 5 nəfər erməni gülləsi, 6 nəfər intihar, 8 nəfər qeyri-nizamnamə hərəkətləri, 5 nəfər təyyarə və ...
|
 |
EV TƏSƏRRÜFATLARININ BÜDCƏSİNDƏ ANALİZ NƏLƏRİ ÜZƏ ÇIXARIB
2010-01-27 - 17:40:00
Yanvarın 27-də İqtisadi Tədqiqatlar Mərkəzi “Ev təsərrüfatlarının büdcə müayinəsi metodologiyasının qiymətləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirib. “Media forum” saytının məlumatına görə, mərkəz rəhbəri Qubad İbadoğlu layihə çərçivəsində keçirilmiş sorğunun nəticələrini açıqlayıb.
QHT rəhbəri deyib: “Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün regionları üzrə 2007-2009-cu illər ərzində təhsil, səhiyyə, sosial müdafiə kimi ictimai xidmətlərə sərf ...
|
 |
DAŞINMAZ ƏMLAK BAZARI 2009-cu İLDƏ
2010-01-26 - 15:13:00
2009-cu il bütün dünyanın fond və maliyyə bazarlarında ciddi hadisələrlə yadda qaldı. Dünyadakı daşınmaz əmlak agentliklərinin və bazarı araşdıran qurumların 2009-cu ilin yekunu ilə bağlı açıqladığı məlumatlara inansaq, 2009-cu ilin son rübü itkilərlə yanaşı, bazarın inkişafında dönüş baxımından 2008-ci ilin analoji dövrü ilə müqayisədə inkişafa meyllilik və dinamikanın artımı ilə müşahidə edilib.
Ötən illərlə müqayisədə ölkəmizin daşınmaz əmlak bazarında da 2009-cu ili böhran ili kimi səc ...
|
 |
JURNALİSTLƏRİN SOSİAL DURUMUNU ÖYRƏNMƏK ÜÇÜN KEÇİRİLMİŞ SORĞUNUN NƏTİCƏLƏRİ AÇIQLANIB
2010-01-11 - 17:12:00
Müşfiq Ələsgərli
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2009-cu ildə sosial durumunu öyrənmək üçün keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
JuHİ sədri Müşfiq Ələsgərli “Media forum”a bildirib ki, sorğuya ölkənin son beş ildə fasiləsiz və gündəlik nəşr olunan 40-a qədər qəzet və informasiya agentliyinin, həmçinin 20-yə qədər həftəlik nəşrin əməkdaşları cəlb edilib. Ümumilikdə sorğuya 60 redaksiya cəlb olunub.
Sorğu iştirakçıları çalışdıqları red ...
|
JURNALİST TƏŞKİLATI 500 NƏFƏR ARASINDA KEÇİRDİYİ SORĞUNUN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB
2009-12-02 - 13:16:00 “Ruh” Jurnalistləri Müdafiə Komitəsi “Diffamasiya haqqında qanunun qəbulunda ictimai təşəbbüslərin rolu” layihəsi üzrə nazirliklər, dövlət qurumları, idarə, müəssisə və təşkilatlar arasında keçirilmiş sorğunun nəticələrinə açıqlayıb. Anonim sorğuda müxtəlif qurumlardan 500-dək respondentin iştirakı təmin olunub.
Müsahibəli formada keçirilən sorğuda rəyi soruşulanlara 4 sual ünvanlanıb və onlara mövzu ətrafında əlavə fikir bildirmək imkanı yaradılıb.
Azərbaycan Respublikasının Cinayət Məcəllə ...
|
“MÜHİT” ŞİMAL RAYONLARINDA MONİTORİNQİ DAVAM ETDİRİR
2009-09-23 - 12:00:00 “Mühit” Ekoloji Mühafizə İctimai Birliyi şimal rayonlarında ekoloji monitorinqi davam edir. Birliyin rəhbəri Əziz Azəri “Media forum” saytına bildirib ki, Xaçmaz rayonunda meşələrin vəziyyəti ürəkaçan deyil: “Nabranda Xəzər sahili boyu qanunsuz balıq ovu ilə məşğul olanlara gözün üstə qaşın var deyən yoxdur. Birlik üzvləri Qusar və Quba rayonlarında işə başlayıblar. Xaçmazda olduğu kimi, Qusarda da şəhərdaxili yaşıllıqlara qulluq tələb olunan səviyyədədir. Qusarın girişində yolboyu budanmı ...
|
← əvvəlki 1 2 3 4 5 6 növbəti →
|
 |
QƏLƏMİN YUXULARI (8)2012-02-20 - 17:11:00
Çingiz HÜSEYNOV
İki eşşəyin arpası
Yuxusunu təcili yazmalıdır – tez unudulur... Yox, əvvəl dünən
ardı >>>
QƏLƏMİN YUXULARI (7)2012-02-17 - 16:35:00
Çingiz HÜSEYNOV
Nərmənazik slavyan qızları
Şefimizin xoşladığı peşə bizi qorxutmaqdır, tez
ardı >>>
QƏLƏMİN YUXULARI (6)2012-02-16 - 15:17:00
Çingiz HÜSEYNOV
Heykəlqoyma azarı
Şərqin qapısı olan canımız-ciyərimiz ölkədə ümummilli cərəyan
ardı >>>
|