|
 |
Cəmiyyət
 |
ZİYALI və MÖVHUMAT
2011-11-28 - 19:58:00
Azər QARAÇƏNLİ
Son illər Azərbaycanda ziyalının ictimai missiyasına bir qayda olaraq onun hakimiyyətlə münasibətləri çərçivəsində baxılıb. Yazıçı Rafiq Tağının ölümü bu çərçivəni dəyişir. Ziyalının ictimai missiyasına onun mövhumata münasibəti də əlavə olunur. Yəni ziyalı-hakimiyyət müstəvisiylə bərabər ölkədə ziyalı-mövhumat müstəvisi aktuallaşır. Daha doğrusu, aktuallaşıb, çünki ortada mövhumatın qurbanı var. Nəsə insanı qurban verirsə, deməli ...
|
 |
RAFİQ TAĞI MÜBAHİSƏLƏRİ: HƏDDİ KEÇƏNLƏR NƏLƏRİN ÜSTÜNDƏN ADLAYIB KEÇİRLƏR?
2011-11-28 - 19:41:00
Yazıçı Rafiq Tağı öldürüləndən sonra bir çox sosial şəbəkədə, eləcə də saytların xəbər altlıqlarındakı müzakirələrdə bir-birini təhqir edən, aşağılayan şərhlər yer aldı. Misal üçün, Rafiq Tağının ölümündən təəssüf hissi keçirən tərəf “mən islama nifrət edirəm”, “kül sizin müsəlman başınıza” kimi sözlər yazmaqdan, digər tərəf isə mərhum yazıçı haqqında “gorbagor”, “yaxşı ki, öldürüldü” kimi ifadələr işlətməkdən çəkinmədi.
Bu nə deməkdir? Azərbaycan cəmiyyətində dözüm limiti artıq başa ...
|
 |
VAY O GÜNDƏN...
2011-11-28 - 14:00:00
Aynur İMANOVA
O günün reaksiyası: “Elə bil Elmar ölən gündü!”
İlin üçüncü ayı olan martla ilin on birinci ayı olan noyabrı təkcə soyuq hava deyil, həm də ölüm oxşar etdi Azərbaycan cəmiyyəti üçün, qələm əhli üçün, mətbuat cameəsi üçün.
2005-ci ilin 2 martı ilə 2011-ci ilin 23 noyabrı bir-birinə qarışdı. Faciənin arxa fonunda qalan il də, ay da, gün də bir andaca əriyib yox oldu. Öldürülən qələm adamları, qətl hadisəsi qabarıq duruşu ...
|
 |
HAQQ QAPISI
2011-11-25 - 17:23:00
İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər (“Həcc” surəsi, 27).
Bu, bir qəribə səfəriydi. İllərlə xəyalımda canlandırdığım variantların hamısından fərqli, özəl, gözlənilməz. Biz həmişə öz gələcəyimizin ssenarisini özümüz qabaqcadan yazmağa çalışırıq, halbuki həyatımızın müəllifi Allahdı, həmd olsun ona! Əlbəttə, Mövlamız bizim qəlbimizdə, niyyətimizdə olanla ...
|
 |
MƏSULİYYƏTSİZLİK İFLİCİ
2011-11-25 - 11:34:00
Bəxtiyar SADIQOV
Qışda qar yağır və çovğun olur. Bunu ağlı kəsən hər adam bilir.
Qar və çovğun olanda piyada və avtomobillərin hərəkəti çətin olur. Bunu da qışda piyada və maşınla yola çıxanlar bilir.
Qar yağmağa başlayanda (qurtarandan sonra yox) dərhal küçələrin təmizlənməsinə başlanmalı, yollara qum və ya duz səpilməlidir. Bunu da bu sahədə vəzifə daşıyanlar bilməlidirlər!
Yer sürüşkən olanda fərdi avtomobillərdən mümkün qədər az i ...
|
 |
QALDIRIN RAFİQ TAĞININ CƏNAZƏSİNİ!
2011-11-23 - 20:41:00
Azər QARAÇƏNLİ
Bilirsizmi bu gün nə baş verdi? Bu gün, daha dəqiqi, bir neçə saat bundan əvvəl Azərbaycan Respublikasında söz adamlarının taleyində son illərin ən ağır hadisəsi baş verdi: yazıçı, şair, publisist, jurnalist Rafiq Tağı öldü.
Bu, 2005-ci ilin martında öldürülən və qatilləri indiyəcən tapılmayan jurnalist, publisist, naşir Elmar Hüseynovun ölümündən sonra Azərbaycan Respublikasında söz adamlarının taleyində baş vermiş ən ağır had ...
|
 |
AZADLIQ MİTİNQLƏRİ (İkinci mitinq)
2011-11-21 - 18:06:00
Azər QARAÇƏNLİ
Bu, ürəkdə mitinqdi, çöldə mitinq deyil. Bu mitinqə gəlməyə ayaq lazım deyil, yer lazım deyil, vaxt lazım deyil. Mənim mitinqimə siz ürəyinizdə azadlıq gəlirsiz. Ürəyiniz azadlıqla doludu, siz mənim mitinqimə dolub-daşan ürəyinizlə gəlirsiz.
Ürəyiniz azadlıqla doludu, amma bu ürəyin qıfılı var. Bu qıfılın da bircə açarı var, o da səmimiyyətdi. Adamın dilinə də yatmır bu ərəb sözü: səmimiyyət! Türkcəsi ürəyi açıq olmaq deməkdi, ...
|
 |
TİFLİS HAVASI, AZƏRBAYCANLI BALASI, GÜRCÜ DAVASI
2011-11-21 - 17:33:00
Ülkər BƏKİRLİ
- Niyə bu qədər əsəbiləşdiyinizi anlaya bilmirəm... Maraqlıdır deyə soruşdum. Fikrinizə etirazım yoxdur. Yaxşı, niyə daha onu sevmirsiniz?
- Başa düşmürsüz, o özü xalqı sevmədi.
- Heç sevməyib?
- Sevməyibmiş... Bu, xalqın ondan azad olması üçün ən son şansıdır. Yoxsa xalq qalxacaq və onda heç yaxşı olmayacaq. Xalq üçün də, onun üçün də...
- Onu axı xalq seçib...
- Bəsdir daha, əsəblərim dözmür. Görəcəksiniz olaca ...
|
 |
SABİRANƏ DÖVRDƏ RAFİQ TAĞININ ƏZABI
2011-11-21 - 16:07:00
Oqtay QORÇU
Mirzə Ələkbər Sabir böyük şairdi və böyük olduğu qədər də mömin bir şəxsdi, ziyalıdı. Sağlığında Sabirin başına gələnlərdən, necə yaşadığından da xəbərdarıq. Fırıldaqçı mollaların, xurafat pərdəsi altında xalqı çapıb-talayanların qəniminə çevrilən şairin dəfələrlə təhqirə məruz qalıb daş-qalaq edilməyi barədə çox oxumuşuq. Sabir böyük adamdı, çünki əzablarını bu günə, XXI əsrin çözülə biləcək böyük dərd-sərinə çevirməyi bacarıb. Sabir ...
|
 |
NOYABR RAFİQ TAĞININ TALEYİNDƏ...
2011-11-21 - 14:10:00
2006-cı il noyabrın 1-də Rafiq Tağının “Avropa və biz” məqaləsi “Sənət qəzeti”ndə dərc olunub.
2006-cı il noyabrın 10-da “Cümə” Məscidi Dini İcmasının rəhbəri İlqar İbrahimoğlu, Azərbaycan İslam Partiyası həmin yazı ilə bağlı etiraz bəyanatları yayıb.
2006-cı il noyabrın 10-da Nardaran sakini Hacı Əli Hüseynov qəsəbə əhalisinin məqalənin müəllifi Rafiq Tağı barədə ölüm hökmü çıxardığını deyib: “Rafiq Tağının başı boynunun arxasından kəsilməldir”.
2006-cı il noyabrın 11-də Qaf ...
|
 |
HAMI GÖYƏ QALXSIN... ( Rafiq Əliyevə edilən haqsızlıq haqqında)
2011-11-18 - 19:12:00
Oqtay QORÇU
İslam peyğəmbəri Həzrət Məhəmməd belə söyləyib: “Alimin mürəkkəbi şəhidin qanından üstündür”. Peyğəmbərimizin bu kəlamı cəmiyyətin işığı sayılan alimlərin şəxsiyyətinə, əməlinə verilən böyük bir dəyər, əvəzsiz qiymətdi.
Hər zaman öyrənib, bildiyini hamıya öyrədən və sağlığında, özündən sonra böyük məktəb qoyub gedən bütün alimlər cəmiyyətin seçilmişləri, möminlərdən hesab ediliblər. Hətta islamın sürətlə yayıldığı və xilafətin ge ...
|
 |
BARRİKADA GÜL AÇANDA (Rafiq Əliyevə)
2011-11-18 - 17:21:00
Vahid QAZİ
“İnsanlar az körpü salıb, çox divar hörürlər”. Bu fikir bəlkə də Nyutonun ağlına o illərdə gəlmişdi ki, “Böyük taun epidemiyası” adamları oraq kimi biçirdi, Hollandiya ilə aparılan uğursuz müharibə ölkəni rəzil günə salmışdı, “Böyük London yanğını” şəhəri bürümüşdü. İngiltərə “lənətlənmiş” total depressiya illərini yaşayırdı. Ardıcıl bəlalar şəhərləri boşaldır, adamları “qın”ına yığırdı. Dahi Nyuton da bağlanan kollecdən kitab-dəftərin ...
|
 |
ARZULАRIMIZIN, ХƏYАLLАRIMIZIN YETKİNLİK YАŞI
2011-11-18 - 15:57:00
Rəfail TAĞIZADƏ
...Zаmаnmı qаbаğınа qаtıb, arxasınca аpаrır bizi?! Təkcə оnu bilirəm ki, biz bu zаmаnı hеç yеrə аpаrа bilmədik. Biz zаmаnın içinə girə bilmədik. Uzlаşа, uyğunlаşа bilmədik. Zаmаnsa içimizdə içimizi için-için yedi.
İllərə аylаr kimi bахdıq, аylаrа günlər kimi. Аmmа gün görmədik. Qara gün gün sayılmaz. Çünki gündüzüylə gecəsi bəlli olmur. Bölüşə bilmədiyin heç vaxt səninki olmur. Özününküləşə bilmir.
Çаdırı deşıb keçən isti ...
|
 |
QALDI...
2011-11-17 - 17:45:00
Allah şəfasını versin!
Xalq artisti Qədir Rüstəmov neçə vaxtdı müalicə üçün Türkiyəyə yola salınıb. İstanbulda xəstəxanaya yerləşdirilən ünlü sənətçi, muğam ustası hələ də koma vəziyyətindən ayılmayıb. “Sona bülbüllər”in əvəzsiz ifaçısının yolunu gözləyənlər həm də sona bülbüllərin sonrakı taleyinin nigarançılığını yaşayanlardı.
Azərbaycan xalq musiqisi tarixində özünəməxsus yeri olan, dahi Üzeyir bəyin həyat və yaradıcılığından bəhs edən “Uzun ömrün akkordları” filmində Cabbar Q ...
|
 |
ALLAHIN GUŞƏSİ (3)
2011-11-17 - 16:16:00
Oqtay QORÇU
Dini fəaliyyətlə bağlı qanunvericilik bir daha ələnib çözələndi və konstitusiyanın 48-ci maddəsində vicdan azadlığı barədə yazılanların mahiyyəti tamamilə dəyişdi. Vətəndaşların sərbəst seçimi qadağalara məruz qaldı. Daima tolerant dövlət kimi xarakterizə edilən Azərbaycanda bu sayaq qadağaların tətbiqi müsəlman əhalinin islam dəyərləri əsasında formalaşdırdığı dini adət-ənənələrə ağır bir zərbə vurmuş oldu. Özünü azad his ...
|
 |
ŞƏR DEMƏSƏN XEYİR GƏLMƏZ
2011-11-17 - 13:01:00
Ramiz RÖVŞƏN
Doğrusu, əziz dostum Rafiq Əliyev haqqında çoxdan yazmaq istəyirdim. Və özümə qalsaydı, bəlkə də bu yazını ləngidə-ləngidə gələn ilin fevralına, onun 70 illiyinə ancaq çatdıracaqdım. Amma yaxşı deyiblər: “Şər deməsən xeyir gəlməz”. Rafiq müəllimin işdən çıxarılması məni bu sətirləri daha tez yazmağa vadar etdi. Və bu yazı təkcə bir dost sözü yox, həm də bir vicdan borcudur.
Böyük rus yazıçısı Qoqolun dahi rus şairi Puşkin haqqınd ...
|
 |
AZADLIQ MİTİNQLƏRİ (Birinci mitinq)
2011-11-16 - 19:30:00
Azər QARAÇƏNLİ
Qalxın! Qalxın, mənim mitinqimə gəlin!
Bu, ürəkdə mitinqdi, çöldə mitinq deyil. Bu mitinqə gəlməyə ayaq lazım deyil, yer lazım deyil, vaxt lazım deyil. Siz bu mitinqə istədiyiniz vaxt, istədiyiniz yerdə, istədiyiniz vəziyyətdə – ayaq üstə, oturulu, uzanıqlı gələ bilərsiz. Siz bu mitinqə gecə də gələ bilərsiz, gündüz də, yağışda da gələ bilərsiz, qarda da, yerdə də gələ bilərsiz, göydə də, evdə, işdə, küçədə, çöllü-biyabanda, da ...
|
 |
İSLAM AYİNLƏRİNİ DƏYİŞMƏK MÜMKÜNDÜRMÜ? (2)
2011-11-16 - 13:13:00
Ramil Əliyev
Kənan Hüseynov
“Media forum” saytı “İslam ayinlərinə müasir baxış” mövzusunda keçirdiyi debatın ikinci - sonuncu bölümünü təqdim edir. Debatın qonaqları Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin üzvü Ramil Əliyev və Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin magistri Kənan Hüseynovdur.
- “Bir saatlıq elm 40 illik ibadətə bərabə ...
|
 |
İSLAM AYİNLƏRİNİ DƏYİŞMƏK MÜMKÜNDÜRMÜ? (1)
2011-11-15 - 12:19:00
“Media forum” saytının “İslam ayinlərinə müasir baxış” mövzusunda keçirdiyi debatın qonaqları Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin üzvü Ramil Əliyev və Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin magistri Kənan Hüseynovdur.
- Sizcə, islam ayinlərində islahat aparmaq, onları dövrün şərtlərinə və tələblərinə uyğunlaşdırmaq olarmı?
Kənan Hüseynov:
- Allah öz qullarından bədən, dil və mal vasitəsilə qulluq tələb edir. İslamda bəzi ayinlər var ki, onların təməli peyğəmbərlər va ...
|
 |
İSLAM ÖZƏLLİYİ: GÖZƏL YAŞAYIŞ və... İBADƏT
2011-11-14 - 14:12:00
Niyazi MEHDİ
fəlsəfə elmləri doktoru, professor
Boğazı daralmış çay daralmaqdan fışqırtı gücü qazanır. Bu, şiddətin gücüdür. Ancaq millət azman genişliyə yayılmış çay kimi də güclü ola bilər. Biz millət gücünü genişlik planında anlamaq istəyirik. Dini azadlıq və dini tolerantlıq millətin dini mədəniyyətdə genişliyidir. Bunun tərsi olan şiddətdir ki, İraqda müsəlmanların bir-birini qırmasına gətiri ...
|
|
 |
SERBİYADA PREZİDENT DƏYİŞDİ2012-05-21 - 09:30:00
Mayın 20-də Serbiyada prezident seçkisinin ikinci turu keçirilib. “Media forum” saytı xəbər verir ki, Serb Tərəqqi Partiyasının lideri Tomisla
ardı >>>
LAÇINDAN ARALI2012-05-17 - 15:27:00
İmdad ƏLİZADƏ
Atam Əli Əliyev Laçınla Kəlbəcərin arasında mühasirədə qaldığı əlli dörd gündə anam Ze
ardı >>>
TOZA ÇEVRİLMİŞ TORPAQ2012-05-17 - 10:24:00
Yeganə OQTAYQIZI
Laçın... İşğal olunmuş, əsir düşmüş yurd yeri. Hər il torpağa qayıtmaq ümidi ilə ya
ardı >>>
ORTA YOL2012-05-16 - 16:02:00
Mail YAQUB
Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi
Orta yol - mötədil rasi
ardı >>>
ƏLDƏ TELEFON NÖMRƏSİ 2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi?
“Azercell” şir
ardı >>>
|