|
 |
Araşdırma
 |
ARXİVƏ ATILMIŞ, AMMA XƏTM OLUNMAMIŞ CİNAYƏT İŞLƏRİ və ÜSTÜNDƏ BU YÜKÜ GƏZDİRƏN ADAMLAR
2009-02-18 - 15:58:00 Azərbaycanda bu və ya digər tanınmış şəxsə qarşı başlanılmış cinayət işinin xitam verilməmiş arxivə atılması, hansısa məqamda yada düşməsi ənənəsi var.
Misal üçün, 2006-cı il noyabrın 24-də ANS TV-nin yayımı dayandırıldıqdan bir neçə gün sonra şirkətin prezidenti Vahid Naxış və vitse-prezident Mirşahin Ağayev Respublika Prokurorluğuna dəvət edilərək dindirildilər. Məlum oldu ki, onlar prokurorluğa Milli Elmlər Akademiyasının bir qrup işçisinin şikayəti əsasında 2005-ci ilin iyununda Cinayət Mə ...
|
 |
KRİMİNALİST: «UZAQ MƏSAFƏDƏN İNSANI BOYNUNDAN BİRCƏ GÜLLƏ VURMAQLA ÖLDÜRMƏK HƏR ADAMIN İŞİ DEYİL»
2009-02-13 - 18:45:00 Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qətlinin təfsilatları hələlik ictimaiyyətə açıqlanmır. Prokurorluq bunu istintaq sirrinin qorunması ilə izah edir. Mətbuatda isə müxtəlif versiyalar səslənir. Qeyri-rəsmi məlumatlara görə, R.Rzayev snayper tüfəngi ilə vurulub. Amma hələlik bu məlumat rəsmi təsdiqini tapmayıb.
«Media forum» saytı ortada olan versiya və məlumatlara Bakı Dövlət Universiteti kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdi ...
|
 |
TÜRKİYƏNİN MEDİA NƏHƏNGLƏRİ
2009-01-22 - 14:05:00
Könül ŞAMILQIZI Türkiyə növbəti qarışıq dönəmi yaşayır. Mütəxəssislərin anlatdıqlarına və tarixə əsaslansaq, mənzərə 1950-ci illərdən - ölkə çoxpartiyalılığa və demokratik seçki sisteminə qədəm qoyduqdan sonra təxminən 10 ildən bir təkrarlanan çevrilişlərdən öncəki tablolara çox bənzəyir. Amma bir fərqlə - o çevrilişlərdən əvvəl hökumətlər də daxil kimsə ordunun gücünə şübhə etmirdi, böyük bir kəsim üçün «əsgər nə edir, düz edir» aksiomu mövcuduydu və o səbəbdən hər on ildən bir ...
|
 |
TƏHSİL BATAQLIĞINDA (Beynəlxalq testin nəticələrinə görə, Azərbaycan 57 ölkə arasında 55-ci yerdədir)
2009-01-09 - 15:55:00
Rövşən AĞAYEV İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini 2008-ci ilin son günlərində ölkənin təhsil sisteminə bağlı bir neçə maraqlı hadisə diqqətimi çəkdi. Birincisi, parlament yeni təhsil qanunu layihəsinə ikinci oxunuşda səs verdi. Pərakəndə də olsa, ayrı-ayrı mütəxəssislər və ictimai-siyasi təşkilatlar bu sənədlə bağlı rəylərini ifadə edib. Hərçənd ən arzu edilən variant ortaq və peşəkar bir mövqenin formalaşdırılması, alternativ mexanizmlərin işlənməsi ol ...
|
 |
«MEDİA FORUM» BRÜSSELDƏ AZƏRBAYCANA BİLET SATAN ERMƏNİ AGENTİNİ və ONUN HAQDA MƏLUMATI YAYMIŞ AZƏRBAYCANLINI DANIŞDIRDI
2008-12-26 - 19:25:00
«Media forum» saytı «Kales» şirkətinin «Azərbaycan Hava Yolları» üçün Brüsseldə bilet satışını həyata keçirən agentinə – milliyətcə erməni olan Meri Sarqsyana zəng edib. Onunla söhbət rus dilində aparılıb.
Sayt M.Sarqsyanın hansı ölkənin vətəndaşı olduğu, harda doğulduğu, «Kales» şirkətində nə vaxtdan işlədiyi kimi məsələlərlə maraqlanıb. Amma bilet satışı agenti bu sualların heç birini cavablandırmayıb. Bildirib ki, onun fəaliyyətinin milliyyəti, vətəndaşlığı kimi məsələlərlə bağlılığı ...
|
 |
NİYƏ XARİCDƏN «AZERCELL» NÖMRƏLƏRİNƏ DÜŞMƏK OLMUR?
2008-12-25 - 17:23:00
Almaniyada yaşayan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəyli «Media forum» saytına müraciətində bildirib ki, xaricdən ölkənin «Azercell» abonentlərinə zəng vurmaq mümkün deyil: «Azercell» nömrələrinə zəng vurduqda dəqiqələrlə çağrı eşidilir, amma cavab verən olmur. Sonradan bilirsən ki, çağrı səsi yanlışmış, əslində aranan şəxsə zəng getməyib. Belə zənglər zamanı pulun getdiyi göstərilir, ödəmə var, amma danışmaq mümkün deyil. «Bakcell» abonentləri ilə əlaqə yaradanda belə problem yaranmır».
...
|
 |
XƏZƏR QALXIR. DƏNİZƏ YAXIN TİKİLİLƏRİ SU BASACAQ. MİLLİ MƏCLİS QANUNU DƏYİŞMƏKLƏ VƏTƏNDAŞLARI FƏLAKƏTƏ YAXINLAŞDIRIB
2008-12-16 - 14:51:00
Xəzər dənizinə yaxın uzunmüddətli bir tikili tikmək təhlükəlidir, çünki hazırda dənizin səviyyəsi qalxır və bu, ən azı 2030-cu ilə qədər davam edəcək. Həmin vaxtadək Xəzərin səviyyəsi bir metrədək qalxacaq. Bu sözləri «Media forum» saytına açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Dəniz Hidrometeorologiya Mərkəzinin rəhbəri Əmir Əliyev deyib.
Milli Məclis bu il dekabrın 2-də «Torpaq islahatı» haqqında qanuna dəyişiklik edərək sahil zolağı ...
|
 |
MƏSCİD NECƏ TİKİLİR?
2008-12-15 - 13:53:00
Məlum olduğu kimi, Yasamal rayonu ərazisində yeni inşa olunan bir məscidin tikintisi dayandırılıb. Qafqaz Müsəlmanları İdarəsində və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş məscidin minarəsi başqa mülkiyyətçinin ərazisində tikilibmiş. Bu səbəbdən də Yasamal Rayon Məhkəməsi “Peyğəmbər məscidi” adlı məbədlə bağlı müvafiq qərar çıxarıb. Yasamal Rayon İcra Hakimiyyəti isə məscidin sökülməsi qərarını tikintiyə razılıq sənədlərinin olmaması ilə əlaqələndirib.
“Əbu Bəkr” məsc ...
|
 |
AZƏRBAYCANDA TELEKANALLARIN REYTİNQİNİ NECƏ ÖLÇÜRLƏR
2008-11-27 - 19:45:00
Azərbaycanda telekanalların reytinqini neçə yolla müəyyənləşdirirlər? «Media forum» bu yöndə araşdırma apararaq hazırda ölkədə bu işlə iki şirkətin məşğul olduğunu öyrənib.
«Media forum» saytına açıqlamasında Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri, Sosial İqtisadi Araşdırmalar Mərkəzinin (SİAR) prezidenti Rəhim Hüseynov televiziyaların reytinqinin 1998-ci ildən öyrənilməyə başlandığını bildirib.
1998-ci ildə SİAR İngiltərədən mütəxəssislər dəvət edib və teleradioların reytinqinin öyrənil ...
|
 |
MOSKVA BƏYANNAMƏSİ PARLAMENTDƏ RATİFİKASİYA OLUNMALIDIRMI?
2008-11-04 - 17:07:00
Noyabrın 2-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskvada imzaladıqları bəyannamə Milli Məclisdə ratifikasiya olunmalıdırmı? «Media forum» saytı bu sualla kiçik araşdırma aparıb.
Azərbaycanda dövlətlərarası başqa sənədlərlə yanaşı prezidentlərin imzaladığı bəyannamələrin də Milli Məclisdə səsə qoyulması təcrübəsi var. Son misallar kimi 2007-ci il noyabrın 7-də Azərbaycan və Türkiyə dövlət başçılarının Bakıda imzalıdığı birgə bəyannamənin bu il fevralın 1-də parlamentdə səsə qoy ...
|
 |
BAŞ PLAN NƏ OLAN ŞEYDİR?
2008-10-31 - 12:58:00
Şəkildə: Bakı, oktyabr 2008-ci il Baş plan nədir, onu nə üçün, necə dəyişirlər? Bu suallara və paytaxtın yeni baş planının hazırlanması xəbərlərinə aydınlıq gətirmək istədik.
«Media forum» saytı Bakının 1985-2005-ci illər baş planının müəlliflərindən biri, əməkdar memar, hazırda «Böyük Bakı regional inkişaf planı» üzrə yaradılmış işçi qrupda məsləhətçi Feyzulla Quliyevin və tanınmış memar Emil Axundovun fikirlərini öyrənib.
F.Quliyev deyib ki, baş plan insan həyatına tam təmina ...
|
 |
AZƏRBAYCANDA NEÇƏ QƏZET ÇIXIR?
2008-10-30 - 11:37:00
Azərbaycanda neçə qəzet çıxır? Rəsmi məlumat qıtlığından bu suala tam dəqiqliklə cavab vermək çox çətin olsa da, «Media forum» saytı mümkün qədər dəqiq cavab tapmağa çalışıb. Əlimizdə ölkə miqyasında yayılan nəşrlərin dəqiq statistikası yoxdur. Bəlkə heç belə statistika aparılmır da. Ona görə, araşdırma apararkən daha çox ölkə miqyasında yayılan, başqa sözlə, Bakıda çıxan qəzetlərlə məhdudlaşdıq. Çünki bölgələrdə çıxan qəzetləri də nəzərə alanda rəqəmlər bir az da dolaşıq düşür.
Ölkənin ən b ...
|
 |
SİLAHLI QÜVVƏLƏRDƏ İNTAHARLARIN SƏBƏBLƏRİ
2008-10-24 - 19:04:00
Oktyabrın 23-də iki hərbiçinin intihar etməsi xəbəri yayılıb.
«Trend» İnformasiya Agentliyinin məlumatına görə, Neftçala rayonundakı N saylı hərbi hissədə müqavilə əsasında xidmət edən Anar Nəriman oğlu Cabbarov özünü asıb.
Digər hərbiçi intiharı Kürdəmir rayonunda baş verib. N saylı hərbi hissənin zabiti, leytenant Sərxan Əbdülrəhim oğlu Yəhyazadə xidməti silahı ilə özünə atəş açaraq intihar edib.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) i ...
|
 |
HƏRBİ XƏRCLƏR AZALDILMIR, ARTIRILIR
2008-10-22 - 15:41:00
Son günlər ölkə mediasında 2009-cu ilin büdcəsində hərbi xərclərin azaldıldığı haqda açıqlamalar yer alır. Bəzi ekspertlər bununla bağlı narahatlıq sərgiləyir, xərclərin azalmasının ölkənin müdafiə qüdrətinin zəifləməsinə gətirib çıxara biləcəyini söyləyirlər. Ancaq «Media forum» saytının araşdırmaları bu yöndə narahatlığın əsassız olduğunu göstərir. Söhbət ondan gedir ki, büdcə layihəsi heç də hərbi xərclərin azaldılmasını nəzərdə tutmur.
2009-cu ilin dövlət büdcəsində müdafiə xərclərinə 1 ...
|
 |
«2» ALAN TƏHSİLİMİZ. NİYƏ BİR PEŞƏKAR REPETİTORUN NÜFUZU BÜTÖV BİR MƏKTƏBİN HÖRMƏTİNDƏN YUXARI BAŞA KEÇİB?
2008-10-20 - 14:00:00
Rövşən AĞAYEV İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini
Son illər biz Azərbaycanda təhsilin, xüsusilə orta təhsilin inkişafını əks elətdirən çeşidli təbliğat materiallarıyla rastlaşırıq. Hökumət orta ümumtəhsil məktəblərinin tikintisinə və onların kompüterləşdirilməsinə, gənclərimizin xaricdə təhsil almasına dair proqramlar təsdiqləyib, ölkə başçısı təhsildə islahat proqramının gerçəkləşdirilməsinə, məktəblərin maddi texniki-bazasının yaxşılaşdırılmasına, təhsil ...
|
 |
QƏZETLƏR SEÇKİDƏN QAZANA BİLİRMİ?
2008-10-08 - 14:02:00
Sentyabrın 17-dən prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verlib. Bu kampaniyanın sonuna bir həftədən də az vaxt qalır. Bu müddət ərzində prezidentliyə namizədlərlə mətbuatın əməkdaşlığı alındımı? «Media forum» saytı bir neçə qəzetə bu sualla müraciət edib.
«Üç nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı bildirib ki, onların qəzetində namizədlərin siyasi reklamları yerləşdirilir: «Vəziyyəti normal qiymətləndirirəm. Əvvəlki seçkilər, məsələn, 2003-cü il prezide ...
|
 |
TİRAJIN DÜZGÜN GÖSTƏRİLMƏSİNƏ NƏZARƏT ETMƏYƏ EHTİYAC VARMI?
2008-10-07 - 17:05:00
Oktyabrın 5-də «Yeni Müsavat» qəzetində çıxmış «Qəzetlərin tiraj yalanı» adlı yazıdan sonra müzakirə mövzularından birinə çevrilən ölkə qəzetlərində tirajın doğru göstərilməməsi məsələsi belə bir sualı da aktuallaşdırır: tirajın düz göstərilməsinə nəzarət etməyə ehtiyac varmı?
Rusiyada Milli Tiraj Xidməti (MTX) adlı qurum bu funksiyanı yerinə yetirir. Milli Tiraj Xidmətinin təsisçiləri Rusiya Federasiyası Ticarət Palatası, Rusiya Jurnalistlər Birliyi, Rusiya Reklam Agentlikləri ...
|
 |
İNTERNET SORĞULARINA İNANMAQ OLARMI?
2008-09-27 - 14:32:00
Sosioloji rəy sorğularının dünyada istifadə olunan ən populyar növlərindən biri internet sorğularıdır. Əksər saytlar bu sorğlurdan istifadə edir. Ancaq internet sorğuları nə dərəcədə etibarlıdır, onun nəticələrinə inanmaq olarmı? «Media forum» saytı bu suallarla «Adam» Sosioloji Mərkəzinin rəhbəri Rüfət Qaragözlüyə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə və «Day.az» saytının baş redaktoru Elnur Baimova müraciət edib.
Rüfət Qaragözlünun fikrincə, Bakıda, ümumiyyətlə Azərbaycand ...
|
 |
KƏBİN KAĞIZI PİŞTAXTALARDA... ONU DİNİ MAĞAZALARDAN 60 QƏPİYƏ ALMAQ MÜMKÜNDÜR
2008-08-26 - 14:12:00
Nikah yaşına çatmayan qızların kəbinlə ərə verilməsi problemi aktual olaraq qalır. XXI əsrdə belə bir problemin mövcudluğu təəssüf hissi ilə yanaşı ciddi narahatlıq da yaradır. Ən maraqlısı odur ki, kəbinlə ərə verilmə halları təkcə gözdən-könüldən uzaq bölgələrdə, ucqar dağ kəndlərində yox, ölkənin mərkəzi şəhərində də qeydə alınır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu ilin 6 ayı ərzində təkcə Göyçayda nikahdan kənar 12 uşaq dünyaya gəlib. Rəsmi ...
|
|
 |
SERBİYADA PREZİDENT DƏYİŞDİ2012-05-21 - 09:30:00
Mayın 20-də Serbiyada prezident seçkisinin ikinci turu keçirilib. “Media forum” saytı xəbər verir ki, Serb Tərəqqi Partiyasının lideri Tomisla
ardı >>>
LAÇINDAN ARALI2012-05-17 - 15:27:00
İmdad ƏLİZADƏ
Atam Əli Əliyev Laçınla Kəlbəcərin arasında mühasirədə qaldığı əlli dörd gündə anam Ze
ardı >>>
TOZA ÇEVRİLMİŞ TORPAQ2012-05-17 - 10:24:00
Yeganə OQTAYQIZI
Laçın... İşğal olunmuş, əsir düşmüş yurd yeri. Hər il torpağa qayıtmaq ümidi ilə ya
ardı >>>
ORTA YOL2012-05-16 - 16:02:00
Mail YAQUB
Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi
Orta yol - mötədil rasi
ardı >>>
ƏLDƏ TELEFON NÖMRƏSİ 2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi?
“Azercell” şir
ardı >>>
|