Xəbərlər

Prezident jurnalistlərin ikinci binasının tikintisinə əlavə vəsait ayırıb

2014-12-31 - 15:06:00

 

Dekabrın 30-da prezident İlham Əliyev Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunan ikinci yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 3 milyon manat ayrılması haqda sərəncam imzalayıb.

Sərəncamda Maliyyə Nazirliyinə vəsaiti Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna köçürülməsi tapşırılıb.

2013-cü ildə Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlər üçün tikilmiş 156 mənzilli ilk bina istifadəyə verilib. Açılış mərasimi iyulun 22-də olub və həmin gün ikinci binanın təməli qoyulub.

Hazırda tikintisi davam etdirilən ikinci bina 3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq. Binanı 2015-ci ildə təhvil vermək planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq.

Jurnalistlər üçün tikilən yaşayış binaları pulsuz paylanır.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100