Xəbərlər

“Necə yaşamışıqsa, bundan sonra da elə olacaq”

2014-12-31 - 15:24:00

 

“Gözləmədiyim halda azadlığa çıxdım”. Hüquqşünas, müxalif Milli Şuranın üzvü Qurban Məmmədov azadlığa çıxandan sonra “Azadlıq” qəzetinə müsahibəsində belə deyib.

Qurban Məmmədov prezident İlham Əliyevin 2014-cü il dekabrın 29-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Qurban Məmmədov Nəsimi Rayon Məhkəməsinin 2013-cü il 6 dekabr hökmü ilə yol hərəkəti qaydalarını pozma və ifadə verməkdən boyun qaçırmağa məcbur etmədə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Azadlıq” qəzetinə müsahibəsində həbsdən buraxılmasının onun üçün gözlənməz olduğunu deyən Qurban Məmmədov onu da bildirib ki, ictimai-siyasi fəaliyyətində heç bir dəyişiklik olmayacaq: “Bundan əvvəl necə yaşamışıqsa, bundan sonra da elə olacaq. İmkan versələr, vəkilliyimizi davam etdirərik. Bunlar bizə ailəmizi dolandırmağa imkan vermirlər”.

Ayrı-ayrı vaxtlarda üç dəfə həbsxana həyatı yaşayan Qurban Məmmədov deyir: “Bir dəfə Ayaz Mütəllibovun vaxtında, bir dəfə mərhum Heydər Əliyevin vaxtında, indi də İlham Əliyevin dövründə həbs etdilər. Bu, bizim alnımıza yazılıb”.

Azərbaycanda məhkəmə sisteminin olmadığını vurğulayan hüquqşünas bu sahədə problemlərin həlli məsələsində bədbin olduğunu diqqətə çatdırıb: “Bu sahədə bir az bədbinəm. Ciddi islahatlara, o cümlədən ciddi siyasi iradəyə ehtiyac var. Hər bir kəsin məhkəməsi onun millətinin milli problemidir”.

1959-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olan Qurban Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının fəallarındandır. Uzun illər vəkilliklə məşğul olub, siyasi fəaliyyət göstərib.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100