Xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuları təbrik edib (Foto/Video)

2014-12-31 - 17:27:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini,  Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov cəbhə boyunca rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar (VİDEO). Onlar ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial məişət şəraiti ilə maraqlanıb, hərbi qulluqçuları bayramlar münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim ediblər.

Səfər zamanı yeni tikilmiş və müasir avadanlıqlarla tam təchiz edilmiş hərbi hissələrin açılış mərasimləri keçirilib.

Müdafiə naziri şəxsi heyət qarşısında çıxış edərək 2014-cü ilin Silahlı Qüvvələr üçün uğurlu olduğunu qeyd edən nazir düşmənin bütün təxribatlarının qarşısının müvəffəqiyyətlə alındığını, cəbhədə tam üstünlüyün ordumuzun tərəfində, düşmənin isə panika və iflic vəziyyətində olduğunu, ermənilərin əsgər və zabitlərinin xidmətdən boyun qaçırdıqlarını qeyd edib.

Ali baş komandan və Azərbaycan xalqının Silahlı Qüvvələr qarşısında tələbinin birmənalı olaraq işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsininin olduğunu xatırladan müdafiə naziri 2015-ci ildə ordunun bu vəzifənin yerinə yetirilməsi üçün daim döyüş hazırlığı vəziyyətində olmasının zəruriliyini vurğulayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə şəxsi heyəti təbrik edən nazir gələcək xidmətlərində onlara uğurlar diləyib.

Sonra cəbhə bölgəsində yerləşən hərbi hissədə şəxsi heyətin daimi istiliklə təmin olunması məqsədilə ön xəttə yerləşən bölmələrə çəkilən təbii qaz xəttinə mavi yanacağın verilməsinin rəmzi olan məşəl alovlandırılıb və şəxsi heyətin iştirakı ilə uzunömürlülüyün simvolu olan çinar ağacı əkilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir yeni işə başlayan mülki işçilərlə görüşüb, onları dinləyib və müvafiq tapşırıqlarını verib.

Səfər zamanı Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hospitala baş çəkib, tibbi personalla görüşüb və müalicə olunan hərbi qulluqçulara bayram sovqatları təqdim edib.

Müdafiə naziri bəzi hərbi qulluqçuları fəxri fərmanla mükafatlandırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya isə qısamüddətli məzuniyyət elan edib.
Eyni zamanda Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən təlim mərkəzində və hərbi hissə şəhərciyində olub, tikinti-quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

“Media forum” saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, dekabrın 31-də Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanışlıqdan sonra yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib.

Müdafiə naziri və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayramlar münasibəti ilə təbrik edib.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100