Xəbərlər

Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin edilib

2014-12-31 - 15:21:00

 

Prezident İlham Əliyev Cəfər Məmməd oğlu Cəfərovu Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edib.

Dövlət başçısının dekabrın 22-də imzaladığı sərəncamla Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Bu təhsil ocağı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.

“Media forum” saytı bildirir ki, Azərbaycan Turizm İnstitutu 2006-cı il fevralın 13-də yaradılıb. O vaxtdan instituta Cəfər Cəfərov rektorluq edir.

Cəfər Cəfərov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Bakı Dövlət Universitetinin tarix fakültəsində böyük laborant, tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, Azərbaycan tarixi kafedrasının müəllimi, dekan müavini, Gənclər və İdman Nazirliyində baş idarə rəisi olub.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100