Xəbərlər

“Ziraat Bank Azərbaycan”a lisenziya verildi

2014-12-30 - 16:36:00

 

Türkiyənin “Ziraat Bank”ına Azərbaycanda törəmə bank təsis etmək üçün lisenziya verilib.

“Ziraat Bank”ın lisenziya alan törəmə bankı “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adlanır.

“Media forum” saytının məlumatına görə, sözügedən quruma lisenziyanı Mərkəzi Bank verib. Mərkəzi Bankın İdarə Heyəti “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilməsi haqda qərarını dekabrın 30-da çıxarıb.

Mərkəzi Bankdan “Media forum”a bildiriblər ki, geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcək.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100