Xəbərlər

Yanvarda hava necə olacaq?

2014-12-30 - 15:29:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə, yanvarın ilk günlərində hava şəraitinin soyuq və yağıntılı olacağı gözlənir. Ayın birinci yarısında havanın temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı, ikinci ongünlüyün sonunda və üçüncü ongünlükdə hava şəraitinin soyuq
keçəcəyi, temperaturun iqlim normasından aşağı olacağı ehtimal olunur.

Orta aylıq temperatur:

Bakıda və Abşeron yarımadası - 3-5 dərəcə isti (ayın üçüncü ongünlüyündə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti);

Naxçıvan Muxtar Respublikası - 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti (ayın üçüncü ongünlüyündə 3-6 dərəcə şaxta);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy - 1-3 dərəcə şaxta (ayın üçüncü ongünlüyündə 2-7 dərəcə şaxta);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl - 1-3 dərəcə isti (ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur: 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz - 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (ayın üçüncü ongünlüyündə 1-6 dərəcə şaxta);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala - 2-5 dərəcə isti (ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur: 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara - 2-6 dərəcə isti, dağlarda 2-6 dərəcə şaxta (ayın üçüncü ongünlüyündə 0-5 dərəcə isti).

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100