Xəbərlər

Xədicə İsmayılın apellyasiya şikayəti təmin edilmədi

2014-12-30 - 16:18:00

 

Dekabrın 30-da Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan jurnalist Xədicə İsmayılın şikayətinə baxılıb.

Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham edilən Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. İstintaqı paytaxt prokurorluğu aparır.

Dekabrın 26-da Səbail Rayon Məhkəməsi Xədicə İsmayıl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etməyib. Bu qərardan apellyasiaya şikayəti verilib.

Jurnalist Əfqan Muxtarlı “Media forum” saytına deyib ki, Bakı Apellyasiya Məhkəməsi şikayət ərizəsinə dekabrın 30-da qapalı keçirilən prosesdə baxıb.

Prosesdə Xədicə İsmayıl da iştirak edib. Məhkəmədə məhbus jurnalistin hüquqlarını vəkil Elton Quliyev müdafiə edib.

Proses şikayətin rədd edilməsi ilə yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi Xədicə İsmayılın həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti rədd etmiş Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Yeganə Oqtayqızı

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100