Xəbərlər

“Sevinə bilmədik, çünki bütün dostlarımız azad olunmadılar”

2014-12-30 - 17:40:00

 

“Biz azadlığa çıxmağımıza sevinə bilmədik, çünki bütün dostlarımız azad olunmadılar. Bizim mübarizəmizə görə sıralarımıza qoşulan, məndən 25 gün əvvəl tutulan Məmməd Əzizov mənimlə bir kamerada qalırdı. Mən əfvə düşdüm, o isə yox. Bu, dillə ifadə edilməyəcək dərəcədə ağır hisslər idi”. Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan “Nida”çı gənc Zaur Qurbanlı “Yeni Müsavat” qəzetinə açıqlamasında belə deyib.

Zaur Qurbanlı həbs müddətində ona dəstək olan və azadlığa çıxmasına səbəb olan hər kəsə təşəkkürünü bildirib. O deyib ki, həbsi azadlıq yolunda qoyulan sərmayədir: “Mən 1 il 9 ay sərmayə qoya bildim. Bizim həbsimiz də, azadlığa çıxmağımız da əmr idi”.

Zaur Qurbanlı fəaliyyətini “Nida” Vətəndaş Hərəkatında davam etdirəcəyini söyləyib.

29 dekabr sərəncamı ilə digər “Nida”çı Üzeyir Məmmədi də azadlığa çıxıb.

Ötən ilin yazında “Nida” işi üzrə tutulmuş, kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli bilinərək 6-8 il aralığında həbs cəzası almış gənclərdən 4 nəfəri hazırda həbsdədir. 

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100