Xəbərlər

Parlament əmanətlərə vergi tətbiq etdi, bahalaşdırma qərarları verdi

2014-12-30 - 14:11:00

 

Milli Məclis dekabrın 30-da vətəndaşların bank əmanətlərindən əldə etdiyi faizin gəlir vergisinə cəlb olunmasını nəzərdə tutan qanun qəbul edib.

“Media forum” saytı bildirir ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, yerli bankların və xarici bankların Azərbaycandakı filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır. İllik gəlirin 500 manatdan çox olan hissəsindən isə 10 faiz gəlir vergisi tutulacaq.

Vergi Məcəlləsinə edilən başqa bir yenilik aksiz vergiləri ilə bağlıdır. Siqaretə, spirtli içkiyə, avtomobilə və yaxtaya aksiz vergisi artırılıb, qızıl, almaz, platin isə aksiz vergisinə cəlb olunub.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100