Xəbərlər

Hakimlərin təqaüd yaşı qaldırıldı

2014-12-30 - 15:06:00

Azərbaycanda hakimlərin təqaüd yaşı qaldırılıb. Milli Məclis “Məhkəmələr və hakimlər haqqında qanun”a dekabrın 30-da belə dəyişiklik edib.

“Media forum” saytı bildirir ki, yeniliyə əsasən, Ali Məhkəmə hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmə hakimləri üçün 66 müəyyən edilib.

Dəyişiklik 2015-ci il yanvarın 1-dək təyin edilən hakimlərə şamil olunmur.

Hakimlər üçün müəyyən edilən son yaş həddi 65 idi və Məhkəmə-Hüquq Şurasının təklifi ilə 70-dək artırıla bilərdi.

Bu qanunu qəbul etməklə Milli Məclis payız sessiyasını yekunlaşdırıb.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100