Xəbərlər

Babək Bəkir ifadə verib

2014-12-30 - 15:08:00

   

Dekabrın 30-da “Azadlıq” radiosunun əməkdaşı Babək Bəkir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 3 saata yaxın ifadə verib.

İdarədən çıxandan sonra Babək Bəkir “Media forum” saytına bildirib ki, o, sözügedən idarədə istintaq olunan cinayət işi ilə bağlı şahid qismində dindirilib. Dindirmədə Babək Bəkiri hüquqşünas Namizəd Səfərov müşayiət edib.  

Eyni iş üzrə indiyədək “Azadlıq” radiosunun bir sıra başqa əməkdaşları da şahid qismində dindiriliblər.

Bu cinayət işinin istintaqı ilə bağlı dekabrın 26-da “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparılıb və sonda ofisin qapısı möhürlənib. Dekabrın 27-dən isə radio əməkdaşlarının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilməsinə başlanıb.

Babək Bəkir 1997-ci ildən “Azadlıq” radiosunda çalışır. O, 2010-cu ilin sentyabr ayından 2014-cü ilin may ayına qədər radionun Bakı bürosunda rəhbər əvəzi olub.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100