Xəbərlər

Abgül Süleymanov 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb

2014-12-30 - 18:35:00

 

Məhbus ruhani Abgül Süleymanov 13 saylı Cəzaçəkmə Müəssisəsindən 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Yerdəyişmə Qaradağ Rayon Məhkəməsinin 5 dekabr qərarına əsasən edilib. 13 saylı Cəzaçəkmə Müəssisəsi rəhbərinin təqdimatı ilə Qaradağ Rayon Məhkəməsi Abgül Süleymanovun 1 il müddətinə qapalı həbsxana rejimində saxlanması haqda qərar çıxarıb. Səbəb kimi məhbusun həbsxanadaxili nizam-intizam qaydalarını pozması göstərilib.

Abgül Süleymanovun vəkili Zaman Səmədov dekabrın 30-da “Media forum” saytına deyib ki, Qobustan həbsxanası kimi 8 saylı Cəzaçəkmə Müəssisəsi də qapalı həbsxanadır. 

Vəkil bildirib ki, 8 saylı Cəzaçəkmə Müəssisəsi məhbusun əvvəl saxlandığı 13 saylı müəssisənin yanındadır: “Sadəcə, buradakı saxlama şəraiti qapalı tipli həbsxana rejimində olduğu kimidir”.

Vəkil Penitensiar Xidmətdən icazə məktubu əldə etdikdən sonra Abgül Süleymanovla görüşə biləcəyini deyib.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 11 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi 23 yanvar 2013-cü il qərarı ilə hökmü qüvvədə saxlayıb. Abgül Süleymanov 2013-cü ildə də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə qapalı təcridxanada saxlanıb.

2014-cü ildə daha iki islamçı, Azərbaycan İslam Partiyasının lideri Möhsüm Səmədov və ilahiyyatçı Taleh Bağırov qapalı həbsxana rejiminə keçirilib. Onlar Qobustan həbsxanasına köçürülüblər.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100