Xəbərlər

İtən təyyarənin qara xəbəri gəldi

2014-12-30 - 14:16:00

“Media forum” saytı xəbər verir ki, İndoneziyanın “AirAsia İndonesia” aviasiya şirkətinin qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları dekabrın 30-da Karimat boğazının çıxışındakı akvatoriyadan 5 kilometr aralıda tapılıb. Təyyarənin qalıqları tapılan ərazidə 40 nəfərin meyiti sudan çıxarılıb.

İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan, göyərtəsində 162 sərnişinin olduğu təyyarə dekabrın 28-də göyə qalxdıqdan bir müddət sonra radarlardan itmişdi. Məlumata görə, təyyarə səmaya qalxdıqdan bir saat sonra pilot pis hava şəraiti ilə əlaqədar uçuş yüksəkliyini və kursu dəyişmək üçün icazə istəyib. Həmin ərazidə digər təyyarələr olduğu üçün ona yalnız dumanlı ərazini keçmək icazəsi verilib. Sonra təyyarə radarların ekranından itib. Həmin anda təyyarə İndoneziyanın Tancunqpandan şəhərindən 100 dəniz mili aralıda olub.

Səidə Hüseynova

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100