Xəbərlər

İstintaq bitdi

2014-12-30 - 18:25:00

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə istintaq yekunlaşıb. Bunu “Azadlıq” radiosuna hüquq müdafiəçisinin qızı Nərmin Kamilsoy deyib. Onun sözlərinə görə, ittiham aktı vəkil Cavad Cavadova təqdim olunub. Məhkəmənin gələn ilin yanvar ayında baş tutacağı gözlənir.

İntiqam Əliyev avqustun 8-də tutulub. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri olan İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham edilir.

İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100