Cəmiyyət

İşimiz, gücümüz

2014-12-30 - 18:18:00

Oqtay Qorçu
 

2015-ci il də gəlir, artıq bütün qapılar döyülür, bizim də qapını döyəcək yeni il, ancaq bayram əhval-ruhiyyəsi içində yenə diksinəcəyik ki, yəqin xəbər gəlib...

Bu il ölkədə media sahəsində xeyli hadisə baş verdi, həbslər, cərimələnmələr, bağlanmalar da oldu. Gözlənilən olsa da, məsələnin bunca böyüməsi çoxlarını təəccübləndirdi.

Ancaq jurnalistlər dözür, dözürük, dözmək olar, bəlkə lap çox gözləmək də mümkündür, bircə qorxu olmasa – jurnalist gözləməkdən bezib əlini işdən-gücdən, mətbuatdan soyuda bilər.

Bunu yaşamaq ağır sınaqdır. İşləyirik, hələ də öz iş yerimizdəyik. İşimiz-gücümüz var axı, işdən qopmağa ümid qoymur, təntisək də hələ gücümüz yetir sözə və ona dəyər verənlərə xidmət etməyə.

Allah insanı həqiqətən də güclü yaradıb, qüvvəni nizamlayan isə səbirdir. Səbirli adam elə istedadlı adam deməkdir, belə istedad sahiblərini çox tanıyıram. Bu elə gəlib-getdiyim yerdədir – intellekti ilə seçilən zəhmətkeş  xanımların, zarafatcıl bəylərin, iş yoldaşını çaysız, konfetsiz, hətta dərmansız qoymayan jurnalistlərin cəm olduğu, ölkə mediasında boy verən “Mediaforum.az” saytında.

Biz ən kritik məqamda belə işsiz qalmayacağıq, kimsə ağla gəlməyən sahələrə belə yön ala bilər, ancaq bundan uduzan yenə ölkə olacaq, media öz keyfiyyətini bir az da itirəcək, meydan alan reket jurnalistika bir az da daha artıq baş ağrısına çevriləcək.

Allah göstərməsin! Allah o gündən saxlasın ki, oxucu nə bir sayt, nə də bir qəzet oxusun, soruşanda da cavabı “onların yazdığına inanmıram” olsun. İraq qədər iraq olsun...

Bu ölkədə iş qabiliyyəti olanların çoxu işləyir, rəsmi əmək müqaviləsi olmayanlar da ora-bura baş vurub bir-birini dolandırır. Göydələnləri çiyin-çiyinə verən paytaxtdan baxanda fondakı ümumi görüntü belədir.

Ölkədəki bəzi şərtlərə dözməyib Rusiyaya, Türkiyəyə və başqa ölkələrin bazarlarına baş vuranlar, xaricdə oturub nostalji ilə publisistika, yaxud ədəbiyyat yaradanlar da bu ölkəyə işləyirlər. Bizim də işimiz-gücümüz var və biz həmişə Vətən adlı evin içində oturub işləmişik. Xoş günlər, ağır günlər də olub (indi də asan deyil), hətta işə gəlməyə görə borca da düşmüşük, bir az tez, bir az gec çatmışıq jurnalist mənzilimizə, ancaq şikayətlənib heyfimizi kimdənsə çıxmamışıq, qəzəbi, subyektiv mülahizəni, ehtimalları qapının o üzündə buraxıb içəri girmişik. İşə gəlmişik ki, ən sanballı xəbərləri, ən gözəl yazıları elə öz saytımızdan oxuyaq, ən xoş sözləri doğma oxuculardan eşidək. Biz belə olmuşuq, ləngiyə də bilərik, tıxacda saatlarla qala da bilərik, icazə alıb xeyir-şərə yollana bilərik, ancaq bir gün xəbərsiz qala bilmərik. Biz eşidən qulaq, görən göz və düzünü söyləyən mətbuatın varisiyik. 10 yaşlı medianın bu qədər uğura sahib olması xoşbəxtliyi hər jurnalist redaksiyasının qismətinə çıxmır. Bizim sayt seçilən, nüfuzlu bir saytdır. Biz heç vaxt ağızdolusu özümüzü tərifləyib gözdən düşməmişik. Bizim sayt vakant yer barədə elan verməyib heç vaxt, çünki bacarıqlı yazar özü gəlib tapıb bu ocağı. Biz işimizi görmüşük həmişə, quru statistika ilə fəxr etməmişik və ən önəmlisi odur ki, bu sayt öz tarixi ərzində qaz vurub qazan dolduran kəslərin sifarişli obyektinə çevrilməyib, bizi gözdən salmaq üçün mübarizə aparanlar da olub, amma...

Bizim işimiz, gücümüz var...

Bizim təşkilat, bizim sayt hamınındır, oxuyanların nə gözünü ağrıdır, nə könlünü bulandırır. Biz müharibəni bitirməyən Azərbaycan diyarının səngərdəki əsgərlərindənik, biz azərbaycanlıların tribunasıyıq, bununla hər zaman fəxr etmişik. Buna görə dəfələrlə mükafatlandırılmışıq da. Biz bu ölkəyə, bu xalqa, dövlətə, iqtidara, müxalifətə, mədəniyyətə lazımıq. Biz ən çox fayda götürüləcək önəmli bir sahənin içindəyik. Və biz elə bir mətbuat mərkəziyik ki...

Bizi qoruyun, sizləri danışdıran, sizlərə düzünü deyən və sizi ümumi düşməndən qoruyanlardan biri elə bizik.

Bizim “Mediaforum.az” imzamız hər şeyi deyir. Böyük işlər görməyə isə işimiz-gücümüz yetər. Biz hələ ki, varıq...


 

Müəllifin "Media forum"da  getmiş başqa yazıları:

“SANDIQ HEKAYƏLƏRİ”ndən

HEMİNQUEYİ YARIDAN KİNO

GÜLƏN ADAM NECƏ ÖLÜR?

AĞ OTAĞIN AĞUŞU

ÜÇ HEKAYƏ

ŞEYTANIN ŞAİRLİYİ

TORPAQ ÜSTƏ, YARPAQ ÜSTƏ, GÖZ ÜSTƏ...

XƏLVƏTİYƏ RƏMMALI

ƏSİRLİKDƏ

ŞEİRLƏ GÖRƏK NƏ DEDİ...

“AZ” ANANIN ADI

İKİ HEKAYƏ

SEVGİLƏRİN, SAYĞILARIN NOSTALJİSİ

SİZİ “MƏN”ə QAYTARAN... TANRI və MÜHARİBƏ

BİZƏ “ƏJDAHA” LAZIMDI

BÖYÜK ŞƏHƏRİN İŞIQLARI

NOYABR


OTUZ DOQQUZ İLİN DOSTLUĞU


ŞEYTAN BİR DAŞ TUTDU


ASSANJIN “VİKİLİKS” MİSSİYASI


HƏR FƏSİLDƏN YAZA ÇIXAN NƏĞMƏLƏR

ÖRNƏK MÜCADİLƏ MODELİ - KƏRBƏLA

“VACİB DEYİL” DİL DİŞLƏYƏ, QAN AĞLAYA…

ŞƏRİN SƏXAVƏTİNDƏN SONRA: SÜLHƏ ORTAQ GƏLƏCƏK OLACAQMI?

QAÇMA, DAYAN, A DOVŞAN! 

EVİN TİKİLSİN, EVDƏ TƏK? 

YERİN ALTINDA. TOP. TÜFEYLİ (Hekayələr)

İYİRMİ BİRİNCİ YANVAR


SİYASİ BÜRONUN ÜZVÜ ÇÖRÇİLL. HİTLERİN SON KƏLƏYİ

YATDIĞI YERDƏN OĞURLANAN FİRON

SƏMADAN İŞARƏ: “ÜRƏYİNİZİ BİZƏ AÇIN”

FEVRAL

KÖRPƏ… PULEMYOTÇUNU TƏPİKLƏDİ: EVƏ DÖN 


YAXŞI OĞLANIN VALYUTADƏYİŞMƏ MƏNTƏQƏSİ; GİROV (İki hekayə)

QİSMƏT (Hekayə)

QANUNUN İÇİNDƏ

YAŞAMAQDAN ÖTRÜ XARAKİRİ (VIII Eduard və Qorbaçov)


YALANÇI PEYĞƏMBƏR

ALDANANLARIN BİR GÜNÜ

QARAÇILARI və DİLƏNÇİLƏRİ AXTARMALI 


AYNA 

GÖYDƏN YERƏ BAXANDA: SODOM və BAKI

ALLAH, BİZİ YAPONİYADAN QORU!


“ƏL-QAİDƏ”, “ƏL-CƏZİRƏ ƏL-ƏRƏBİYYƏ”


KİRAYƏNİŞİNİN HAQQI

EŞQ – ALLAHA QOVUŞMAĞIN GÖZƏLLİYİ


YAĞIŞ ADAMI

TƏFRİQƏ SALANLAR


11 SENTYABR, 1 NÖMRƏLİ TERRORÇU və 1 MAY

BOŞ AYIN TƏQVİMİ

OKEANDAN AŞAĞIDAKI KİTAB QÜLLƏSİ

ABQORA SULTANI (Hekayə)

“DƏDƏ QORQUD” QİBLƏSİNDƏ

RƏNGLƏR

QIRMIZI

QIRMIZI (2)

QIRMIZI (3)

QARA

QARA (2)

QARA (3)

AĞ (2)

SİÇANLARIN KÖÇÜ

CƏHƏNNƏMƏ QAÇIŞ

ALLAHIN DİLƏNÇİSİ

ON BİRİNCİ SENTYABR

ŞƏR QARIŞANDA

BOĞAZACAN ZİBİLİN İÇİNDƏ, yaxud TOX AMERİKALININ ACLIĞI

ƏRƏFAT

ÖLÜMSÜZLÜYƏ MƏHKUMLUQ, SARTR, yaxud BADAMDAR və NYU-YORK KÜÇƏLƏRİ BOYUNCA

ÖLÜMSÜZLÜYƏ MƏHKUMLUQ, SARTR, yaxud BADAMDAR və NYU-YORK KÜÇƏLƏRİ BOYUNCA (2)

ÖLÜMSÜZLÜYƏ MƏHKUMLUQ, SARTR, yaxud BADAMDAR və NYU-YORK KÜÇƏLƏRİ BOYUNCA (3)

ÜZLÜLƏRİN DÖVRANI

ALLAHIN GUŞƏSİ

ALLAHIN GUŞƏSİ (2)

ALLAHIN GUŞƏSİ (3)

QALDI...

HAMI GÖYƏ QALXSIN... ( Rafiq Əliyevə edilən haqsızlıq haqqında)

SABİRANƏ DÖVRDƏ RAFİQ TAĞININ ƏZABI

KENTAVR MİNİK ATI DEYİL (Hekayə)

ATƏŞƏ YAZIQ

XƏSTƏLİK TARİXÇƏSİ (Hekayə)

DİRİLƏRİN TANRISI

SIĞINACAQDA İNTİHAR

PİYADA (hekayə)

İNQİLABA QƏDƏR

OYUNCAQ

TORPAĞIN ÜZÜ

EVİ SÖKÜLƏNLƏRİ AYA KÖÇÜRMƏK

GÖZÜ YERƏ DİKİLƏNLƏR

MƏHƏMMƏD ƏLİ: DÖYƏN-DÖYÜLƏN və ATƏŞ AÇMAYAN

QAR və KƏDƏR

GÖZLƏYƏNLƏRİN SAYI

SON NƏĞMƏSİNİ TANRIYA BAĞIŞLAYAN VISOTSKİ

ÖLMƏK SƏLAHİYYƏTİ (Hekayə)

FƏTVA QIZDIRMASI

ƏMİN-AMANLIĞIN DƏYƏRİ

İSANIN BELƏ EŞİTDİYİ AZAN

NYUTONUN QİYAMƏT XƏBƏRİ, EYNŞTEYNİN DİLİ

AT GÜCÜ

HEKAYƏLƏR: “MUXTAR”, “ÜÇ GÜN SONRA DÖNƏNDƏ”

HAMI ÜÇÜN İSTƏMƏYİN XEYRİ

MAHNI

POÇT QUTUSU

XX ƏSR, BERLİN, 15 MART

MART DƏRDLİSİ AZƏRBAYCAN, APRELDƏ ALDANAN VƏTƏN

XOŞBƏXTLİK

SÜLH ÜÇÜN, yoxsa MÜHARİBƏ UZANMASIN DEYƏ...

POLİSİN KAMPANİYASI – QONAQLIQ

AZƏRBAYCAN REALLIĞI - STENOQRAMDAN PARÇA

DÜŞÜNÜB ÇÖZMƏK ÜÇÜN İNFORMASİYA

DOVŞANALMASI BİTİRƏN ŞƏHƏR

EA-nın BİNASI

YUXUNUZ ŞİRİN OLSUN

KİTAB SATDIĞINA və XƏYANƏT ETDİYİNƏ GÖRƏ...

MAY - BEŞİNCİ GÜNÜN AĞASI

KƏRİM OĞLU REYİN QAÇAQLIĞI

ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA

HEKAYƏLƏR: “DAMLA”, “XOF”, “GÜLLƏ”

SİMURQ

AZƏRBAYCAN DEYƏNDƏ... (Birinci yazı)

AZƏRBAYCAN DEYƏNDƏ... (İkinci yazı)

AZƏRBAYCAN DEYƏNDƏ... (Üçüncü yazı)

LAP UZAĞA GETMƏK... (Arif Əhməd oğlunun xatirəsinə)

QIRX İL ÖNCƏ, yaxud SUÇ HAQQINDA HEKAYƏT

QORXULU YAXŞILIQ (Hekayə)

QIZ BƏNÖVŞƏ

AĞLAYAN ADAM (Hekayə)

EVLİLİK SEVDASI

Yaşlıların ən qocası (Hekayə)

Ay yerişli üzüağ adam

Ramil Səfərov - Hun ölkəsindən dönən əsgər

Atılan legionerlər (Birinci yazı)

Onlar üçün qiyamət ağısı

Atılan legionerlər (İkinci yazı)

Atılan legionerlər – Qürbətzadə (Üçüncü yazı)

Onlar üçün qiyamət ağısı

Qılınc və şərab

Ezop dili

Üzüklər səltənətində

Dişi düşən div

Heç kim və heç nə...

Açıq-saçıq

Keçmişin, indinin və qurduğum trionun xatirəsinə

Gələcək haqqında epiqraf

Rep albomu (Hekayə)

Üfunətdən qaralama

Rəhmətlik divin nağılı (Hekayə)

Sabah 21 dekabr gələcək

Göy türklərinin dəniz nisgili

Daşdan pul çıxaranlar

Ayrılıq bağı (Hekayə)

Sürrealizmin Yəhudası

Qan yağdı, qar əridi...

Azadlığın və şair öldürən bütün tarixçəsi (Birinci yazı)

Azadlığın və şair öldürən bütün tarixçəsi (İkinci yazı)

Səməd Vurğun

Atlantlara Troya dilində məktub

Torpağın xəbər aparsın...

Bayıra çıxan İçərişəhər

Müşfiqin qəbri

Bizi yandıran odun tarixi

Qəssab Xətainin cayılana ölümü (Hekayə)

Osirisin İngiltərədə lənət rəqsi

Qan və yalan aralığında

 Polis baxa-baxa dilənçi

Gedirəm... məni axtararsınız... (Hekayə)

Sevmək və yaşamaq məsələsi

Yad və soyuq cənnətdəki girov qəbrimiz

Dünya kəndində 100 adam

Kədərin sevilməli vaxtlarının tərifi

Peyğəmbəri ağladan Rusiya (Birinci yazı)

Peyğəmbəri ağladan Rusiya (İkinci yazı)

Peyğəmbəri ağladan Rusiya (Üçüncü yazı)

Diri qalmağın qiyməti

Tarixdən bir parça (Hekayə)

Uşaqların tarix kitabına giri

Radio danışırdı...

Bir cüt çəkmə yolda qaldı, söylədi... (Hekayə)

Sevgililərin meydanı. Bakı, 1988-ci il

“Ol!” nəğməsindən və Məryəmin oğlundan sonra (Birinci yazı)

“Ol!” nəğməsindən öncə və Məryəmin oğlundan sonra (İkinci yazı)

“Ol!” nəğməsindən öncə və Məryəmin oğlundan sonra (Üçüncü yazı)

“Ol!” nəğməsindən öncə və Məryəmin oğlundan sonra (Yazıya sözardı)

Ərdoğan Putinin güdazına gedir

Tanrısına səssiz qulluq eləyən adam

Bakıda yanan Qarabağ

İsanın doğulduğu ən gerçək tarix

İran kinosunun meydanı

Məhəmməd Əminin portreti

Silah və tövbə

Odun iki funksiyası

Suriyadakı Azərbaycan torpağı

Bəy evi

Krımdan sonra Kreml

Stalin – zalımdan söz düşəndə

“Qanun” kitabı

Yazıçılar İttifaqının rəhbərləri

Ukraynanın və bir qarabağlının taleyinə sözardı (Birinci yazı)

Ukraynanın və bir qarabağlının taleyinə sözardı (İkinci yazı)

Atəşin Sofya (Hekayə)

Rusiyanı necə dayandırmaq olar?

Hər gün xatırlanmağa layiq Tofiq Bayram

Dünyanın ən gözəl ölüsü

İlham Qəhrəman, beşinin üstünə beşini qoy!

74-cü 5 may

Berlindən Şuşaya qədər

Vurulan şillələrin sayı qədər

Müharibənin şokolad rəngi

Müşfiq sahili

Başkəndli

İmperiya əlifbası (Birinci yazı)

İmperiyanın əlifbası (İkinci yazı)

İmperiyanın əlifbası (Üçüncü yazı)

Qarabağın ömrü (Professor Rafiq Əliyevə)

Dəccalın arı yuvasına tüstü vermək

Qafqaz ordusu ideyası

“8200”dən 43-ü

İŞİD-lə mübarizə: həm də “Əl-Qaidə”nin xidmətindən yararlanmaq strategiyası

Məktub

Komandir, vur!

Şokoladdan da şirin

Sizlərdən böyük Rəna Gülərüz 

KİMlərin kimliyi

“Mən çıxanda mat qaldılar...”

 

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100