Bölgə

SEPAH-a silahlı hücum: 3 nəfər həlak olub

2014-12-29 - 16:50:00

Dekabrın 28-i axşam saatlarında İranın Sistan-Bəlucistan əyalətinin Səravan məntəqəsində SEPAH-ın 3 üzvü öldürülüb. “Media forum” saytının məlumatına görə, əyalətin hüquq mühafizə qüvvələri komandanının müavini Əli Əsğər Mirşikari jurnalistlərə deyib ki, SEPAH-çılar naməlum silahlı şəxslərin qəfil hücumuna məruz qalıb: “SEPAH-çılar Əkbər Abdulla Nejad və Qüdrətulla Mandəni, eləcə də qurumun nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının üzvü Musa Nəsiri Bayat həlak olub. Hücumçular sərhədi keçərək Pakistan ərazisinə qaça biliblər. Məsələ araşdırılır”.

Hücumçuların kimliyi bəlli olmasa da, hadisəni İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını iddia edən, əsas hərbi bazaları Pakistan ərazisində yerləşən “Ceyşül-ədl” (“Ədalət ordusu”) təşkilatının həyata keçirdiyi təxmin edilir.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100