Bölgə

“Musəvi və Kərrubinin azadlığa buraxılmasını dini lider təsdiq etməlidir”

2014-12-26 - 16:36:00

   

İranın dini lideri Əli Xamneyinin “Bəsic”dəki (hökumət tərəfdarı olan könüllülər dəstəsi) nümayəndəsi Məhəmmədrza Toyserkani 4 ilə yaxındır ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.

“Media forum” saytının məlumatına görə, dekabrın 25-də jurnalistlərə açıqlama verən axund Toyserkani deyib ki, Musəvi və Kərrubinin azadlığa buraxılması üçün göstərilən cəhdlər gizli olmalıdır: “Musəvi və Kərrubinin üzərindən həbsin götürülməsi və onların azadlığa buraxılması bəzi qanuni dairələrin qərarı və ölkənin dini liderinin təsdiqi ilə ola bilər.

Musəvi və Kərrubinin həbs olunmasına qərar verən bəzi mərkəzlər həm də onların üzərindən həbsin götürülməsi haqda qərar vermək səlahiyyətinə malikdirlər. Onlar bu şəxslərin azadlığa buraxılmasına qərar verdiyi zaman ölkənin dini lideri onların həmin qərarını təsdiq etməlidir.

Hesab edirəm ki, Musəvi və Kərrubinin azadlığı üçün göstərilən hər bir cəhd gizli göstərilməli, hər hansı hay-küyə yol verilməməlidir. Əks halda bu cəhdlər nəticə verməyəcək”.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100