Bölgə

İranın 100 milyard dollara yaxın pulu dondurulub

2014-12-26 - 17:23:00

 

Tehran Ticarət Evinin rəisi Yəhya Al İshaq dekabrın 26-da jurnalistlərə açıqlamasında ölkənin neft satışından əldə etdiyi pulların Qərbin İrana sanksiyaları ilə dondurulmasından danışıb.

“Media forum” saytının məlumatına görə, Yəhya Al İshaq deyib ki, Qərbin sanksiyaları nəticəsində ölkə neft satışından əldə etdiyi pullarından istədiyi vaxt istifadə edə bilmir: “İranın hazırda Asiyanın bir sıra ölkələrində, o sıradan da Çin, Hindistan və Yaponiyada 100 milyard dollara yaxın dondurulmuş pulu var. Lakin hökumət həmin pullardan istədiyi vaxtda istifadə edə bilmir. Pulların blokadadan azad olunması üçün çalışırıq və buna şərait yaradılacağına ümid edirik”.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100