Bölgə

Ettelaat rəhbəri siyasi fəaliyyəti dörd şərtə bağladı

2014-12-25 - 13:23:00

   

İran Kəşfiyyat Nazirliyinin (Ettelaat) rəhbəri Mahmud Ələvi dekabrın 24-ü jurnalistlərə açıqlamasında üç terrorçu tutduqlarını deyib. “Media forum” saytının məlumatına görə, Ettelaat rəhbəri tutulanların kimliyini və harada yaxalandıqlarını açıqlamayıb: “Sərhəddə tutulan terrorçu qruplaşmanın üzvləri Məhərrəm ayında Tehranda keçirilən bəzi dini mərasimlərdə intihar əməliyyatı keçirmək niyyətində olublar”.

Mahmud Ələvi həmin şəxslərin ölkənin hansı sərhədində saxlandığı haqda məlumat verməyib.

Ettelaat rəhbəri həmçinin ölkədə siyasi cərəyanların sərbəst fəaliyyət göstərməsi üçün dörd şərt qoyulduğunu bildirib: “Ölkədəki siyasi cərəyanlar həmin şərtlərə riayət etsələr, sərbəst fəaliyyət göstərə bilərlər: islamı qəbul etmək və ona tabe olmaq, sistem çərçivəsində fəaliyyət göstərmək, “Vilayəti fəqih”i tanımaq və ölkənin dini lideri ayətullah Xamneyinin rəhbərliyini qəbul etmək.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100