Bölgə

İran rəsmisi: “Sistem Musəvi və Kərrubiyə mərhəmət göstərib”

2014-12-24 - 15:13:00

 

İran Konstitusiyaya Nəzarət Şurası rəhbərinin müşaviri Abbasəli Kədxudai dekabrın 23-də jurnalistlərə açıqlamasında 4 ilə yaxındır ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.

“Media forum” saytının məlumatına görə, Musəvi və Kərrubinin həbsdə saxlanmasının qanunsuz olması ilə bağlı iddiaları rədd edən Abbasəli Kədxudai deyib ki, hakimiyyət bu iki müxalifə çox güzəştə gedib: “İslam Cəza Qanununa əsasən, ölkənin milli təhlükəsizliyinə qarşı çıxanlara nəzərdə tutulan cəzaladan biri ölümdür. Lakin buna baxmayaraq sistem Musəvi və Kərrubiyə mərhəmət göstərib.  

Musəvi və Kərrubinin saxlanması ilə bağlı müvəqqəti qərar ölkədə asayişin təmin olunması, müttəhimlərin, eləcə də digər şəxslərin həyatının qorunması və ölkədə sabitliyin bərqərar olunması üçün qəbul edilib”.

Son aylarda İrandakı bir sıra siyasi cərəyanlar və şəxslər, o sıradan da keçmiş prezident Məhəmməd Xatəmi və deputat Əli Mütəhhəri ayrı-ayrılıqda bəyanatlar yayaraq Musəvi və Kərrubinin azadlığa buraxılmasını tələb ediblər.

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.