İdman

Futbol ölkələrində qış tətili

2014-12-22 - 12:28:00

 

Avropanın bir çox aparıcı futbol ölkəsində milli çempionatlar qış tətilinə çıxıb. “Media forum” saytı bildirir ki, tətil Almaniyada bir aydan çox, İspaniya, İtaliya, Fransa, Portuqaliyada isə iki-üç həftə çəkəcək.

İlk dövrədən, 17 turdan sonra Almaniya çempionatında turnir cədvəlinə 45 xalla “Bavariya” başçılıq edir. O, ən yaxın izləyicisi “Volfsburq”u 11 xal qabaqlayır. 3-cü pillədə 28 xal toplayan “Bayer” dayanır. 

Ölkənin ən güclü klublarından olan Dortmund “Borussiya”sı isə cəmi 15 xal yığıb və 18 komanda arasında 17-ci yerdədir.

İspaniyada 16 tur geridə qalıb. Bir oyun əskik keçirən “Real” 39 xalla 1-ci yeri tutur. “Barselona” 38 xalla 2-ci, “Atletiko” 35 xalla 3-cüdür. 

İtaliyada 16 turdan sonra “Yuventus” liderlik edir – 39 xal. “Roma” 36 xalla 2-cidir. “Latsio”, “Napoli”, “Sampdoriya” 27 xalla sonrakı pillələri bölüşdürürlər.

Ölkənin ən tanınan komandalarından olan “Parma” isə 6 xalla 20-ci yeri tutur və turnir cədvəlini qapayır.

Fransada ilk dövrədən – 19 turdan sonra “Marsel” 41 xalla öndə gedir. “Lion” 39 xalla 2-ci yerdə dayanır. PSJ 38 xalla 3-cüdür.

Portuqaliyada 14 turdan sonra “Benfika” 37 xalla öndədir. Onu 31 xalla “Portu” izləyir.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100