Bölgə

İranlı axund Musəvi və Kərrubiyə səsləndi: “Üzr istəyin”

2014-12-19 - 15:28:00

 
Müvəhhidi Kirmani  

Dekabrın 19-da Tehranın cümə namazına rəhbərlik edən axund Müvəhhidi Kirmani namaz xütbəsindəki çıxışında 4 ilə yaxındır ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.

“Media forum” saytının məlumatına görə, Musəvi və Kərrubini “fitnə başçıları” adlandıran axund Kirmani deyib ki, onlar etdikləri əməllərə görə xalqdan və ölkənin dini liderindən üzr istəməlidirlər: “Siz (Musəvi və Kərrubi) həm ölkəyə, həm xalqa, həm də ölkənin dini liderinə zülm edibsiniz. Etiraf edin ki, səhvə yol veribsiniz. Səhvinizi boynunuza alın və üzr istəyin. Əgər etiraf edib üzr istəsəniz, bu nəcib xalq və alicənab rəhbər sizin üzrünüzü qəbul edəcək. Siz qanunu pozubsunuz. Əgər prezident seçkisinin nəticəsinə etiraz bildirmək istəyirdinizsə, bunu qanuni yollarla etməli idiniz”.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100