Bölgə

Siyasi məhbus azadlığa buraxılıb

2014-12-18 - 16:25:00

 

İranda islahat tərəfdarı olan siyasi məhbus, fəaliyyətinə qadağa qoyulan İran Azadlıq Hərəkatı Partiyasının gənclər qanadının rəhbəri Emad Bəhavər dekabrın 17-də azadlığa buraxılıb. “Media forum” saytının məlumatına görə, o, Tehranın Evin zindanında 5 illik həbs cəzasını başa vurub.

Emad Bəhavər 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda tutulmuşdu. Seçki zamanı prezidentliyə namizəd Mirhüseyn Musəviyə dəstək verən islahatçı qanunsuz toplantılara qatılmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılmışdı.

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.