İdman

Qurban Qurbanov

2014-12-18 - 13:16:00

 

Son altı ilin, özəlliklə 2014-cü ilin ən populyar adamlardan biri Ağdamın “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovdur. “Media forum” saytı bunu nəzərə alaraq Qurban Qurbanovun ömür yolunu təqdim edir.

Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalanın Aşağı Tala kəndində doğulub. Futbol oynamağa ana vətənində başlayan Qurban Qurbanov karyerası ərzində Azərbaycanın “Daşqın” (Zaqatala), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi” (Bakı), “İnter” (Bakı), Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel” (Voronej), “Baltika” (Kalininqrad), “Volqar” (Həştərxan) klublarında hücumçu mövqeyində çıxış edib.

Müxtəlif klublarda 400-dən çox matçda 181 qol vuran Qurban Qurbanov üçqat Azərbaycan çempionudur, iki dəfə Azərbaycan kubokunun sahibi olub.

Qurban Qurbanov 1992-2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

“Qarabağ” klubu Qurban Qurbanovun dövründə bir dəfə Azərbaycan kubokunu qazanıb, Azərbaycan çempionatının 1 qızıl, 1 gümüş, 2 bürünc medalını əldə edib.

Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ” UEFA Avropa Liqasında inamlı çıxışları ilə şöhrətlənib. 2014/2015 mövsümündə komanda qrup mərhələsində oynayıb və 1/16 finala çıxmaq imkanını hakim səhvi nəticəsində itirib...

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.