Bölgə

İranın neft naziri qiyməti salanları İŞİD-ə dəstəkdə ittiham etdi

2014-12-18 - 15:38:00

 

İranın neft naziri Bijən Zəngənə dekabrın 18-də jurnalistlərə açıqlamasında dünya bazarlarında kəskin ucuzlaşmadan danışıb.

“Media forum” saytının məlumatına görə, Bijən Zəngənə deyib ki, İŞİD təfəkkürünə dəstək verənlər müəyyən siyasi məqsədlərə görə neftin qiymətini minimuma endirmək niyyətindədirlər: “Bu gün beynəlxalq terrorizmə və İŞİD-ə dəstək verənlər neftin qiymətini salmağa çalışırlar. Daha doğrusu, terrorizm və İŞİD-in arxasında gizlənən, onu dəstəkləyən müəyyən bir təfəkkür və bu ideyanın sahibləri neftin dəyərini minimuma endirməyə cəhd göstərirlər. Lakin bütün bu oyunlara baxmayaraq biz öz mövqeyimizdən geri çəkilməyəcəyik”.

Dekabrın 18-də Nyu-York birjasında “Layt” markalı neft 56,47 dollara, London birjasında isə “Brent” markalı neft 61,40 dollara satılıb.

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.