Bölgə

Repçi Hüseyn İblis tutulub

2014-12-17 - 15:20:00

 

İranın Məşhəd şəhərində yaşayan və gizli mahnılar yazıb yayan gənc repçi Hüseyn İblis (əsl adı Hüseyn Rəhmətidir) dekabrın 15-də tutulub.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (Ettelaat) Məşhəd şöbəsinin əməkdaşları repçini evində tutub aparıblar. Evdə və repçinin gizli yaratdığı studiyasında yoxlama aparılıb, Hüseyn İblisə məxsus bir sıra musiqi alətləri, onun yeni mahnılarından ibarət albomları götürülüb.

Qanunsuz rep mahnıları yazıb yaymaqda, ölkəyə verilişlər yayan xarici telekanallarla əməkdaşlıqda günahlandırılan gənc repçinin hazırda harada saxlandığı bilinmir.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100