Bölgə

İranlı deputat Musəvi və Kərrubini azadlığa buraxmağa çağırdı

2014-12-17 - 14:15:00

 

İran parlamentinin deputatı Əli Mütəhhəri Yəzd şəhərinin universitet tələbələri ilə görüşərək 4 ilə yaxındır ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.

“Media forum” saytının məlumatına görə, Mütəhhəri deyib ki, Musəvi və Kərrubinin həbsdə saxlanması ölkənin beynəlxalq imicinə ziyan vurur: “Dəfələrlə bildirmişik ki, Musəvi və Kərrubinin həbsinin davam etdirilməsi heç kimin, o sıradan da sistemin xeyrinə deyil. Bizim sistemə və inqilaba ürəyimiz yanır. Bu problem tezliklə öz həllini tapmalıdır. Musəvi və Kərrubi artıq ahıllıq yaşına gəlib çatıblar. Onlardan biri zindanda dünyasını dəyişsə, bu, sistem üçün silinməz ləkə olacaq.

Musəvi və Kərrubinin azadlığa buraxılması danışıqlar yolu ilə mümkündür və biz bu yöndə çalışır, əlimizdən gələni edirik. Lakin hakimiyyət daxilindəki bəzi şəxslər deyirlər ki, Musəvi və Kərrubi əvvəlcə tövbə etməlidir. Biz isə onlara deyirik ki, Musəvi və Kərrubiyə danışmağa, öz sözünü deməyə imkan verməyəndən sonra onlar necə gəlib tövbə etməlidir. Axı niyə onlara icazə vermirsiniz ki, gəlib öz sözlərini desinlər?”

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100