Bölgə

Rəsmi Tehranın sözçüsü Sidneydə öldürülən iranlı mühacirdən danışıb

2014-12-16 - 14:04:00

 
Mərziyə Əfxəm  

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm dekabrın 15-i axşam saatlarında jurnalistlərə açıqlamasında Avstraliyanın paytaxtı Sidneydə öldürülən iranlı mühacir Məhəmməd Həsən Məntiqidən (Şeyx Harun Munis) danışıb.

“Media forum” saytının məlumatına görə, Mərziyə Əfxəm deyib ki, onlar Məhəmməd Həsən Məntiqinin psixoloji durumu ilə bağlı bundan əvvəl dəfələrlə Avstraliya hökumətinə xəbərdarlıq ediblər: “20 ilə yaxındır Avstraliyaya sığınan bu şəxsin ruhi və psixoloji durumu ilə bağlı dəfələrlə Avstraliya rəsmilərinə məlumat verilib. Elə buna görə də Məhəmməd Həsən Məntiqinin vəziyyəti avstraliyalı rəsmilərə bəlli idi.

Hesab edirik ki, islam adı ilə insanlığa zidd əməllərə əl atmaq, adamları dəhşətə salmaq yolverilməzdir”.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100