Bölgə

Salehi: “Razılığa gəlsək, hər iki tərəf qələbə çalacaq”

2014-12-15 - 15:41:00

   

İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi jurnalistlərə Qərblə aparılan nüvə müzakirələrindən danışıb.

“Media forum” saytının məlumatına görə, Salehi deyib ki, ölkənin 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı danışıqların nəticə verəcəyinə inanır: “Danışıqlar davam etdiyi müddətdə daha 9 min sentrifuqanı quraşdırmaq niyyətimiz yoxdur. Bir-birimizlə dil tapmaqdan başqa yolumuz qalmayıb. Müzakirə aparıb razılığa gəlsək, hər iki tərəf qələbə çalacaq. Nəticənin əldə olunmaması heç kəsin xeyrinə deyil. Mən danışıqların nəticə verəcəyinə ümidvaram”.

5+1 qrupunun İranla apardığı nüvə danışıqları bu il noyabrın 24-də bitməli idi. Ancaq noyabrın 24-də Vyanada danışıqlar aparan nümayəndə heyətlərinin üzvləri belə razılığa gəliblər ki, müzakirələrin müddətini 7 ay uzatsınlar.

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.