İdman

“Qarabağ” - “İnter” oyununun yenidən keçirilməsi mümkün deyil”

2014-12-12 - 12:26:00

 

Dekabrın 12-də “Media forum” saytına özəl açıqlama verən futbol icmalçısı Rasim Mövsümzadə deyib ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan və 0:0 yekunlaşan “Qarabağ” - “İnter” (İtaliya) oyununun hakim səhvinə görə yenidən keçirilməsi mümkün deyil: “Bu, oyun qaydalarına da ziddir. Təsəvvür edin belə presedent baş versə, o zaman az qala hər oyundan sonra FİFA və UEFA qarşılaşmanın yenidən keçirilməsi barədə müraciətlər alarlar.

Məsələn, 1966-cı ilin dünya çempionatındakı İngiltərə - Almaniya finalında almanlar həm o zaman, həm də sonralar azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun 3-cü qolun qeydə alınması zamanı səhvə yol verdiyini iddia etsələr də, qarşılaşmanın yenidən keçirilməsi məsələsi heç vaxt gündəmə gəlməmişdi. 

Düzdür, futbol tarixində beynəlxalq rəsmi oyunun yenidən keçirilməsi baş verib. Amma bu, offsayd səbəbindən deyil, hakimin oyun qaydalarına zidd qərar verməsi üzündən olub. Məsələn, DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində 2005-ci ildə Özbəkistan - Bəhreyn oyunu (1:0) yenidən keçirilmişdi. Özbək futbolçulardan biri vaxtından əvvəl cərimə meydançasına daxil olduğundan hakim penaltidən qonaqların qapısına vurulan qolu qeydə almamış, sonra onbirmetrlik zərbənin yenidən yerinə yetirilməsi barədə qərar vermək əvəzinə qapıdan zərbə təyin etmişdi.

Başqa məqam da var. FİFA texnologiyaların futbola tətbiqində maraqlıdırsa, UEFA buna qarşıdır. Artıq dünya çempionatlarında “qolun qeydə alınması” texnologiyasından istifadə olunur. Avropa Futbol İttifaqı isə futbolda insan faktorunu önəmli tutur ki, bu halda da səhvlər qaçılmazdır.

UEFA offsayd səbəbindən “Qarabağ”ın qolunu qeydə almayan hakimin səhv etdiyini müəyyənləşdirsə, ən yaxşı halda çexiyalı referi cəzalana bilər. Məsələn, türk Cüneyt Çakırın 2013-cü ilin martında Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Mançester Yunayted” - “Real” oyununda mübahisəli səhvinə görə (Naniyə qırmızı vərəqə göstərməsi) həmin mövsüm Avropa kuboklarında bir daha oyun idarə etməməsi yadımızdadır”.

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.