İdman

Mübarizəni 17 UEFA üzvünün 48 komandası davam etdirir

2014-12-12 - 12:03:00

UEFA Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsi başa çatdı. “Media forum” saytı bildirir ki, hazırda mübarizəni UEFA üzvünün 48 komandası davam etdirir: 16 komanda Çempionlar Liqasında, 32 komanda Avropa Liqasında.

2014/2015 futbol mövsümündə Avropanın klub turnirlərinə 239 komanda buraxılıb. 77 komanda Çempionlar Liqasının, 162 komanda Avropa Liqasının payına düşüb. Mövsümə 6 komanda ilə başlayan İtaliya itki verməyən yeganə UEFA üzvüdür.

Təmsilçiləri mübarizəni davam etdirən UEFA üzvləri bunlardır:

İspaniya - 6 komanda

İngiltərə - 6

Almaniya - 6

İtaliya - 6

Fransa - 3

Ukrayna - 3

Hollandiya - 3

Portuqaliya - 2

Rusiya - 2

Belçika - 2

İsveçrə - 2

Türkiyə - 2

Yunanıstan - 1

Avstriya - 1

Polşa - 1

Danimarka - 1

Şotlandiya - 1.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100