İdman

Avropanın klub turnirlərinin sxemində dəyişiklik olundu

2014-12-12 - 15:35:00

UEFA Çempionlar Liqası və Avropa Liqasında 2015/2016 mövsümünün ilkin turnir sxemi məlum olub. “Media forum” saytı xəbər verir ki, gələn mövsüm Avropa klub turnirlərinə 238 komandanın buraxılması planlaşdırılır. Bu komandaların 79-u Çempionlar Liqasında, 159-u Avropa Liqasında yarışacaq.

Əsas yenilik Avropa Liqası qalibinin Çempionlar Liqasına vəsiqə əldə etməsidir. Bu mövsüm Avropa Liqasının qalibi olan klub gələn mövsüm Çempionlar Liqasının son ələmə mərhələsinə - 4-cü mərhələyə buraxılacaq.

Azərbaycan çempionu mübarizəyə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayacaq.

Azərbaycan kubokunun sahibi və milli çempionatda 2-ci, 3-cü yerləri tutan komandalar isə Avropa Liqasında oynayacaq, ilk təsnifat mərhələsindən start götürəcəklər. Bu mövsüm Azərbaycan kubokunun sahibi mübarizəyə ikinci mərhələdən qoşulmuşdu.

Turnir sxemi

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100