Bölgə

İran rəsmisi: “Ölkədə 10 milyona yaxın savadsız var”

2014-12-12 - 16:24:00

   

İran Savadlandırma Hərəkatı Təşkilatının rəisi Əli Bağırzadə jurnalistlərə açıqlama verib.

“Media forum” saytının məlumatına görə, Əli Bağırzadə deyib ki, hazırda ölkə əhalisinin 9 milyon 820 min nəfəri tam savadsızdır: “Ölkədə 10 milyona yaxın insan tam savadsız, 11 milyon nəfər isə azsavadlıdır. Bunun əsas səbəblərindən biri ölkədə təhsilin kütləviləşdirilməsi uğrunda mövcud maneə və problemlər, eləcə də əhalinin məsələ ilə bağlı maarifləndirilməməsidir. Problemin qismən aradan qaldırılması üçün təşkilatımızın hazırda yerinə yetirməyə çalışdığı prioritetlərdən biri yaşı 50-dən az olan insanları savadlandırmaqdır”.

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.