Bölgə

Nəsrin Sütudə azadlığa buraxılıb

2014-12-11 - 13:17:00

 

İranlı vəkil, hüquq müdafiəçisi Nəsrin Sütudə dekabrın 10-u axşam saatlarında azadlığa buraxılıb. “Media forum” saytının məlumatına görə, tanınmış vəkilin həyat yoldaşı Rza Xəndan jurnalistlərə belə deyib. Rza Xəndan yoldaşının saatlarla dindirildiyini vurğulayıb, amma onun hansı şərtlərlə azadlığa buraxılması haqda açıqlama verməyib.

İran Kəşfiyyat Nazirliyinin (Ettelaat) Tehran şöbəsinin əməkdaşları dekabrın 10-u sübh saatlarında küçədə Nəsrin Sütudə və yoldaşı Rza Xəndanın avtomobilini saxlayaraq onları Ettelaat idarəsinə aparıblar. Rza Xəndan bir neçə saat sonra azadlığa buraxılıb.

Nəsrin Sütudə Vəkillər Ocağının qarşısında peşə fəaliyyətinə qoyulan qadağaya etiraz aksiyası keçirmək istəyirmiş.

Bir çox siyasi məhbusa vəkillik etmiş Nəsrin Sütudə insan hüquqları uğrunda dinc fəaliyyətlərinə görə 2010-cu ilin sentyabr ayında tutulub və 11 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinib. Məhkəmə Nəsrin Sütudənin vəkil kimi fəaliyyət göstərməsinə və ölkədən çıxmasına 20 illik qadağa da qoyub.

Vəkil 3 il Tehranın Evin zindanında saxlanıb, beynəlxalq hüquq təşkilatlarının etirazından sonra 2013-cü il sentyabrın 18-də azadlığa buraxılıb.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100