Bölgə

İran rəsmisi: “Ölkə əhalisinin 7 faizi xarici ölkələrdə yaşayır”

2014-12-11 - 14:18:00

 

Xaricdə Yaşayan İranlıların İşi üzrə Ali Şuranın rəhbəri Cavad Qəvam Şəhidi dekabrın 10-da jurnalistlərə açıqlama verib.

“Media forum” saytının məlumatına görə, Cavad Qəvam Şəhidi deyib ki, hökumət xaricdə yaşayan iranlıların elmi və iqtisadi gücündən faydalanmaq üçün proqram hazırlamalıdır: “Xaricdə yaşayan iranlıların sayının 5 milyondan 6 milyona qədər olduğu təxmin edilir. Bu isə ölkə əhalisinin 7 faizi deməkdir. Mühacirətdə yaşayan iranlıların böyük bir qismi yüksək elmi və iqtisadi potensiala malikdir. Hesab edirəm ki, hökumət öz siyasətində və proqramlarında həmin potensialdan yararlanmağı nəzərə almalı, ölkə iqtisadiyyatının dirçəlişi üçün xaricdə yaşayan iranlıların sərmayəsini ölkəyə cəlb etmək istiqamətində müəyyən addımlar atmalıdır”.

Xaricdə Yaşayan İranlıların İşi üzrə Ali Şura İran prezidenti yanında fəaliyyət göstərir.

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.