Xəbərlər

Sabir Rüstəmxanlı “Media forum” saytına təbrik göndərdi

2014-12-04 - 14:39:00

   

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Media forum” saytının 10 yaşını təbrik edib. Baş redaktor Azər Qaraçənliyə və saytın kollektivinə ünvanlanan məktubda deyilir:

- “Media forum” ölkəmizin onlayn media məkanının hələ bu qədər genişlənmədiyi bir zamanda meydana gəlib. İlk gündən bu qurum xəbər bazarında öz dəst-xətti ilə seçildi. Geniş oxucu auditoriyası qazanmaq üçün heç vaxt informasiya manipulyasiyasına getməyən, şou xəbərdən, ucuz reytinq qazanmaqdan uzaq bir xətt tutan “Media forum” qısa zamanda bəlli oxucusunu topladı. Bu oxucu auditoriyası intellektlərdən, ziyalılardan ibarətdir.

Bu günün özündə də “Media forum” geniş oxucu auditoriyasına deyil, intellektli oxucuya ünvanlanıb. Bu sayt dəyərləri qoruyur, çiy, bişməmiş xəbərləri tələskənliklə oxucuya təqdim etmir, xəbər bazarında gecikməyi qeyri-peşəkarlıqdan, yanlış xəbər yaymaqdan üstün tutur.

“Media forum” həm də xəbər dili ilə tamamilə fərqlənən bir saytdır. Daim Azərbaycan dilinin incəliklərinə, ədəbi dilin normalarına sadiqlik göstərən bu saytın redaktorlarının peşəkarlığı hər oxunan xəbərdə, xəbərin hər sətrində hiss olunur.

Əziz Azər bəy! Sizi təbrik edir və bu dəst-xəttinizi qorumağınızı, xəbər siyasətinizdəki sanbalınızla daim nümunə olmağınızı və Azərbaycanın yeni media məkanında həmişə seçilməyinizi arzu edirəm.

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.