İdman

Milli komandada yeni dönəm başladı: Prosineçki

2014-12-03 - 13:07:00

 

Dekabrın 3-də AFFA-nın İcraiyyə Komitəsi xorvat Robert Prosineçkini Azərbaycan milli futbol komandasının baş məşqçisi postuna təyin edib. Xəbəri “Apasport” yayıb.

“Media forum” saytı bildirir ki, 45 yaşlı Prosineçki futbolçu karyerasına Zaqreb “Dinamo”sunda başlayıb, daha sonra “Srvena Zvezda”nın (Serbiya) şərəfini qoruyub.       

Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu İspaniyanın “Real”, “Ovyedo”, “Barselona”, “Sevilya”, Belçikanın “Standard”, İngiltərənin “Portsmut” komandalarının və bir neçə başqa klubun da formasını geyinib.

Yuqoslaviya milli komandasında 15 oyun (4 qol), Xorvatiya yığmasında 49 oyun (10 qol) keçirib.

Gənclər arasında dünya çempionu (1987), gənclər arasında Avropa vitse-çempionu (1990), UEFA Çempionlar kubokunun sahibi (1991), dünya futbol çempionatının bürünc mükafatçısıdır (1998).

Müxtəlif ölkələrin milli çempionatlarında və kubok yarışlarında çoxsaylı mükafatlar qazanıb.

O, Xorvatiya yığmasının məşqçilərindən, “Srvena Zvezda”nın və Türkiyənin “Kayserispor” komandasının baş məşqçisi olub.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100