İdman

UEFA əmsallar cədvəli: Azərbaycan bu mövsüm 25-cidir

2014-12-01 - 13:16:00

“Media forum” saytı bildirir ki, Azərbaycan bu mövsüm 3.375 əmsal qazanaraq UEFA əmsallar cədvəlində 25-ci pillədə dayanır. 54 UEFA üzvündən bu mövsüm ən çox əmsal əldə edən 25 ölkə bunlardır:

İspaniya - 11.214       

Almaniya - 10.571     

İngiltərə - 10.000       

İtaliya - 9.000           

Fransa - 7.916          

Portuqaliya - 7.083             

Rusiya - 7.000          

Belçika - 6.400         

Xorvatiya - 6.375     

Ukrayna - 5.666       

Türkiyə - 5.200        

Yunanıstan - 5.200  

Rumıniya - 5.125    

İsveçrə - 5.100          

Belarus - 5.000         

Polşa - 4.250            

Bolqarıstan - 4.250  

Hollandiya - 4.250  

Sloveniya - 4.000     

İsveç - 3.900             

Çexiya - 3.875          

Şotlandiya - 3.750   

Avstriya - 3.625  

Qazaxıstan - 3.375  

Azərbaycan - 3.375.

UEFA-nın klub reytinqi üzvlərin Avropa kuboklarında son 5 mövsümdə qazandığı əmsala əsaslanır. İlkin raundlarda qələbə 1, heç-heçə yarım xal; əsas mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır. Çempionlar Liqasının qrup mərhələsinə düşmək 4 xal, 1/8 finala çıxmaq 5 xal, hər iki turnirin 1/4 finalı, yarımfinalı və finalına yüksəlmək 1 xal verir. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.