İdman

Son tur ərəfəsində “Qarabağ” əlavə üstünlük əldə edib (Şanslar)

2014-11-28 - 13:35:00

Noyabrın 28-də “Media forum” saytına danışan futbol icmalçısı Rasim Mövsümzadə deyib ki, Avropa Liqası qrup mərhələsinin səfər oyununda “Sent-Etyenn”lə qollu heç-heçə etməsi, digər əsas rəqibi “Dnepr”in isə “İnter”ə uduzması son tur ərəfəsində “Qarabağ”a əlavə üstünlük verib: “Qarabağ” Bakıda axırıncı oyunda “İnter”ə qalib gələcəyi təqdirdə, digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq, qrupda 2-ci yeri tutaraq 1/16 finala vəsiqə qazanacaq. İtaliya təmsilçisinin artıq 1-ci pilləni təmin etməsi və son oyunun onlar üçün nəticə baxımından əhəmiyyətsiz olması da “Qarabağ”ın qələbə şansını artırır.

   

“Qarabağ”ın qalib gələcəyi, “Sent-Etyenn”in də heç-heçə “xəstəliyindən” (5 oyunda 5 heç-heçə) qurtulub son oyunda Ukraynada “Dnepr”i məğlub edəcəyi təqdirdə hər iki komandanın 8 xalı olacaq. Bu halda komandamız fransızlardan daha yüksək mövqedə qərarlaşacaq. Şəxsi görüşlərdə “Qarabağ”ın üstünlüyü var: hər iki qarşılaşmada heç-heçə qeydə alınsa da  (Bakıda 0:0, Fransada 1:1), Azərbaycan təmsilçisi rəqib meydanında qol vurub.

“Qarabağ” heç-heçə etsə belə, 1/16 finala çıxa bilər. Amma bunun üçün F qrupunda “Dnepr” – “Sent-Etyenn” qarşılaşmasının da bərabərliklə bitməsi lazımdır. Bu halda Azərbaycan və Fransa təmsilçilərinin xalı 6 olacaq və şəxsi görüşlərdəki üstünlüyə görə “Qarabağ” 2-ci yeri tutacaq. Əgər “Dnepr” – “Sent-Etyenn” oyunu hər hansı bir komandanın qələbəsi ilə başa çatsa, o zaman məhz qalib gələn yoluna davam edəcək.

“Qarabağ” son oyunda “İnter”ə uduzacağı təqdirdə isə mübarizəni dayandırmalı olacaq. Bu halda “Sent-Etyenn” və “Dnepr” klublarından biri və ya hər ikisi turnir cədvəlində Azərbaycan təmsilçisini qabaqlayacaq”.

Bəs “Qarabağ” 1/16 finala çıxsa, burada hansı rəqiblə qarşılaşa bilər? Rasim Mövsümzadə qeyd edib ki, Azərbaycan çempionu qrup 2-cisi kimi yoluna davam edə biləcəyindən növbəti mərhələnin püşkü zamanı ancaq qrup qaliblərindən və ya Çempionlar Liqasından gəlmiş klublardan biri ilə düşə bilər: “Artıq bu komandalardan bəzilərinin adı bəllidir: “Zalsburq”, Moskva “Dinamo”su, “Everton”, “Fiorentina”, “Anderlext”. C qrupundan “Tottenhem” və “Beşiktaş”, L qrupundan “Legiya” və “Trabzonspor”, həmçinin digər qruplardan “Feyenoord”, “Napoli” və Kiyev “Dinamo”su 1/6 finala vəsiqəni təmin etsələr də, onların 1-ci və ya 2-ci yeri tutacaqları hələ dəqiqləşməyib”.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100