İdman

“Qarabağ”: hər şey son tura qaldı

2014-11-28 - 09:01:00

Ağdamın “Qarabağ” komandası noyabrın 27-də UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci oyununu keçirib. F qrupunda yarışan “Qarabağ” Fransada “Sent-Etyenn” komandası ilə görüşüb. Matçda 1:1 hesabı qeydə alınıb.

Qrupun digər oyununda İtaliya “İnter”i Ukraynanın “Dnepr” klubunu qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

5 turdan sonra 11 xal toplayan “İnter” növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ”la “Sent-Etyenn”in 5, “Dnepr”in 4 xalı var.

Qrup mərhələsini aşmaq üçün “Qarabağ” 2-ci yeri tutmalıdır.

Dekabrın 11-də “Qarabağ”ı evdə “İnter”lə oyun gözləyir. Həmin gün “Dnepr” “Sent-Etyenn”i qəbul edəcək.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100