Xəbərlər

Dəyirmi masa: demokratik institutların fəaliyyəti müzakirə olundu

2013-11-06 - 14:40:00

Noyabrın 6-sı Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində “Keçid dövründə Azərbaycanda demokratik institutların formalaşması və fundamental dəyərlərin mənimsənməsi” mövzulu dəyirmi masa keçirilib. Tədbiri “İnternyus Azərbaycan” İctimai Birliyi və BMT-nin Demokratiya Fondu təşkil edib. 

Dəyirmi masaya fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi, Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndəsi Nəsrulla Nurullayev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı və Qeyri Hökumət Təşkilatları Koalisiyasının təsisçisi Mehriban Abdullayeva, “İnternyus Azərbaycan” təşkilatının rəhbəri İlham Səfər və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıb.

Professor Niyazi Mehdi inkişaf etmiş cəmiyyətin yaranmasında medianın xüsusi rolu olduğunu söyləyib: “Çox zaman oxucu qazanmaq üçün sarı mətbuata xas üsullara əl atılır. Bir çox jurnalist pul qazanmaq üçün sarı mətbuat ənənələrindən istifadə edir. Ancaq vicdanlı jurnalist bu yolu seçmir. Biz bu gün bu problemlərin həlli yollarını araşdırıb tapmalıyıq”.

Zemfira Məhərrəmli azad cəmiyyətin formalaşmasında medianın xüsusi rolundan danışıb: “Azad media yoxdursa, cəmiyyət azad hesab olunmur. Çox sevindirici haldır ki, müstəqillik əldə olunandan sonra demokratik institutlar böyük inkişaf yolu keçdi. Demokratik təsisatlar yaradıldı. Bu cür institutlardan biri Ombudsman Aparatıdır”.

Zemfira Məhərrəmli internet mediası haqqında da danışıb: “Bu gün informasiya texnologiyaları çox inkişaf edib. Məlumatlar internet vasitəsi ilə daha tez yayılır. Biz də informasiyaların daha çevik yayılma üsullarından istifadə edirik. Çalışırıq ki, internet mediası ilə sıx əməkdaşlıq quraq”.

Ombudsman Aparatının sözçüsü əlavə edib ki, qurum jurnalistlərin peşəkarlığını artırmaq üçün 10 ildən çoxdur müsabiqələr həyata keçirir: “İnsan hüquqlarından yazan jurnalistlərin sayı artıb”.

 

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-04-17Manat
1 Avro1.0854
1 ABŞ dolları0.7843
1 Rusiya rublu0.0218
1 Türk lirəsi0.3672

Hava proqnozu

Bakı+9 .. +21oC 
Gəncə+11 .. +23oC 
Lənkəran+9 .. +20oC 
Naxçıvan+10 .. +23oC 
Quba+8 .. +19oC 
Sumqayıt+8 .. +20oC 
Şəki+7 .. +18oC 
Zaqatala+8 .. +19oC 

Arxiv

        Rambler's Top100