Fevralın 22-də Suriyanın Homs şəhərində atışma zamanı iki əcnəbi jurnalistin öldüyü xəbəri yayılıb.
“Media forum” saytı xəbər verir ki, jurnalistlərin qaldığı evə mərminin düşməsi nəticəsində ABŞ-ın “Sandy Times” qəzetinin əməkdaşı Meri Kolvin və fransalı fotoqraf Remi Oçlik həlak olub. Daha bir neçə jurnalistin yaralandığı bildirilir.


