![]() |
| Mirhüseyn Musəvi |
İran müxalifətinin bir ildən artıqdır ev dustaqlığında saxlanan liderlərindən Mirhüseyn Musəvi qızları ilə telefon əlaqəsi saxlayıb. Bu haqda məlumatı Musəvi tərəfdarlarına məxsus “Kaleme” saytı yayıb.
“Media forum” saytının məlumatına görə, Musəvinin qızları jurnalistlərə deyiblər ki, ataları nikbin danışıb: “Mən əvvəlki mövqeyimin üstündə möhkəm dayanmışam. Çox ehtimal ki, bizim bu yeganə əlaqə vasitəsini də kəsəcəklər. Lakin bilin ki, heç nə dəyişməyib və əvvəlki mövqeyimi qoruyub saxlayıram”.



