
Gəncə Dövlət Universitetinin sabiq müəllimi Fikrət Hacıyev Göygöldəki evində fevralın 10-dan keçirdiyi aclıq aksiyasını davam etdirir.
Fikrət Hacıyev məhbus fəal Bəxtiyar Hacıyevin əmisi oğludur. O, Gəncə Dövlət Universitetindən qanunsuz çıxarıldığını iddia edir, universitetə bərpa olunmasını istəyir. Məsələ ilə bağlı Fikrət Hacıyev Gəncənin Nizami Rayon Məhkəməsinə şikayət edib. Fevralın 9-da məhkəmə Gəncə Dövlət Universitetinə qarşı qaldırılmış iddianı təmin etməyib.
Fevralın 22-də “Media forum” saytına açıqlamasında Fikrət Hacıyev deyib ki, səhhətində getdikcə problemlər yaranır: “Sürətlə zəifləyirəm. Hiss edirəm ki, bir neçə kiloqram arıqlamışam. Buna baxmayaraq mübarizə ruhum çox yaxşıdır. Əvvəl dediyim kimi, universitetə bərpa olunana qədər aksiyanı davam etdirəcəm”.
Fikrət Hacıyev bildirib ki, fevralın 10-dan bəri rəsmi qurumlardan heç kim onunla maraqlanmayıb.


