Fevralın 22-də Beynəlxalq Atom Enerjisi Agentliyi rəsmi bəyanat yayaraq İranda səfərdə olan qurum nümayəndələrinin rəsmilərlə apardığı iki günlük müzakirələrin nəticəsiz başa çatdığını bildirib.
“Media forum” saytının məlumatına görə, bəyanatda bildirilir ki, İran nüvə fəaliyyətinin şəffaflaşdırılması ilə bağlı hər hansı sənədin imzalanmasına razılıq verməyib: “Təəssüflər olsun ki, bu barədə hər hansı razılıq əldə edilməyib. Həmçinin müzakirələrin birinci və ikinci mərhələsində Beynəlxalq Atom Enerjisi Agentliyinin Tehrana səfər edən yüksək rütbəli ekspertləri İranın “Parçin” adlı nüvə təsisatında reyd aparmaq istədiklərini bildirsələr də, İran tərəfi buna imkan verməyib”.


