Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

AT GÜCÜ

2012-02-22 - 18:41:00

Oqtay QORÇU

Su çərşənbəsində də sular durulmadı. Nə at ötüşdürən varıydı, nə də bir-birinin üstünə su çiləyib, nəğmə oxuyan. Bu qışa zoru yetməyən köhlən atlar əvəzinə mindiyimiz avtobuslar belə öz at gücü qarşısında əlacsızıydı. El arasında “Sular Novruzu” da adlanan su çərşənbəsinin yanan tonqalı da bulanıq ovqatı əridə bilmədi. Bura üstündən atlanıb azar-bezarımı tökməyə axar, duru su tapılmayan bir şəhərə çevrilib. Öncə “mənəm-mənəm” deyən qış bizi “Əzəl çərşənbə” yetişənədək xeyli üşütdü.

Bakıya günlərlə qar yağdı, yollar buz bağladı, sonra yavaş-yavaş qar əriməyə başladı. Hələ bəzi yolların buzu heç əriməyib də, əksər yolda da zığ-batdaq. Addımbaşı da palçıqlı gölməçəyə rast gəlmək olar. Şəhərin və şəhərlilərin canı hələ isinməyib. Axan sular da bulanıq. Bu su çərşənbəsi də belə atlanıb keçdi, özü də palçıqla suvanmış şəhərin üstündən. Soyuqdu - evdə də, maşında da, işdə də. Belə soyuqda hətta qaçağan köhlənin istisinə də qızınmaq olardı. Ancaq biz şəhərlilərin miniyi at deyil. Deyirlər ki, onsuz da yaxşı atları yaxşı kişilər minib gediblər. 

Həmin atları minib gedən kişilər indi at gücüylə işləyən maşınları görsəydi, yəqin bağrı çatlardı. Yaxşı at adamı qışda da, yayda da darda qoymaz axı. Köhnə, atlı kişilərin nəvə-nəticələri isə indi at gücüylə işləyən avtomobillərin ümidinə qalıb. Yağan qar hamını bezdirdi, sürücüləri də, sərnişinləri də. Sürüşən, palçıqda batıb çala-çuxura düşən, zoru yetməyən, yer eşən, maşınların güvəndiyi at gücü deyimini hər dəfə eşidincə gülməyim tuturdu. Sonuncu dəfə bu sözü mindiyim avtobusun sürücüsü işlətmişdi, özü də yana-yana.

Yollar buz bağlamışdı. Mən avtobusla işə gedirdim. “Daewoo” markalı sərnişin avtobusu yoxuşda ilişib qalmışdı. Sürücü deyinə-deyinə sanki sükanla güləşirdi. Maşın isə qalxa bilmirdi, sürüşüb arxaya düşürdü. Sərnişinlər maşından düşdülər, kişilərsə ”Ya Allah!” deyib başladılar avtobusu itələməyə. Nəhayət, bu boyda avtobus, sürücüyə və sərnişinlərə qoşulub tıncıxa-tıncıxa yoxuşu qalxa bildi. Qarabağlı sürücü hikkəylə sükanı şillələdi: “Biqeyrət! Hanı sənin filan qədər at gücün, ə? Altımda kəhər olaydı, görəydin nətəəər yer eşə-eşə qalxır. Tfu!”.

Sürüb, yoluna davam elədi. Mən avtobusdan düşəndə ondan “Daewoo”nun neçə at gücüylə işlədiyini soruşdum, “Deyəsən, 295-di” söylədi. Sonra bunu nəqliyyat sistemində çalışan dostum Elşənin köməyilə dəqiqləşdirdim. Dostum “Bu avtobus 290 at gücüylə işləyir” dedi.

Dünyada müxtəlif adda və markada istehsal edilən avtomobillərin ümumi sayı 600 milyondan artıqdı. Avtomobilin ilk ixtirasının Karl Benzə məxsus olduğu məlumdu və 1903-cü ildən avtomobil istehsal edilir. Bu gün də dünya bazarında liderliyi saxlayan neçə-neçə məşhur avtomobil markasına rast gəlmək olar. Üstəlik də, xüsusi modeli və qiymətiylə dünya bazarında seçilən, cəmi 10 ədəd istehsal edilən “Ascaki A 10” (625 at gücündə) kimi avtomobillərin istehsal edildiyi məlumdu. Görünüşcə gözəl, texniki cəhətdən keyfiyyətli, yüksək komfortlu avtomobillər çoxdu. XXI əsr texnologiyası indən sonra avtomobil sənayesində daha böyük uğurlar əldə etmək fikrindədi. Yeni avtomobillər yarandıqca get-gedə onların “at gücü” də artacaq. 

290 at gücü avtobusu yerindən dəbərdə də bilmirdi. Adamlar düşüb buzun üstündə “Daewoo” itələyirdilər ki, yoxuşu qalxa bilsin. Adamların köməyilə sürüb getdi avtobus.

Mənə görə, “at gücü” ifadəsinin avtomobil termininə çevrilməsi absurddu. “At gücü” deyimi sanki avtomobil texnologiyasının canlı orqanizmi yeməsinə bənzəyir. Qəribə, cansıxıcı, eyni zamanda qaniçən mutant ovqatı var bu ifadədə. “At gücü”nə görə hərəkət edən avtomobillər sanki gələcəyə və bioloji varlıqları əzməyə yönəldilib. Nə vaxtsa unudulan hər atın gücünün mifə çevrilib ancaq avtomobil leksikonu vasitəsiylə xatırlanacağını düşünəndə...

Batan və sürüşən avtobusdan düşüb birdən at minmək istədim, amma piyada qalıb donacağımdan qorxdum.

Bu ifadənin ilk dəfə harada və necə yarandığı mənə maraqlı gəldi. Avtomobil həvəskarı olmasam da, hər halda söhbət atdan gedir axı. Belə bir müqayisənin aparılması həm də hərəkətə gələn bir avtomobil tarixçəsinə stimul verən atın gücüylə ölçülüb. Bu barədə xeyli bilgi aldım.  İndi hər şey mümkündü. İnternet vasitəsiylə hamı istədiyi avtomobil haqqında istədiyi məlumatı asanlıqla tapa bilir. Və məlum oldu ki, həm də hissə qapılmışam. “At gücü” texniki terminmiş və belə el deyimi heç vaxt olmayıb. Bu sözü dünyanın dilinə salanın adını bildim.

1872-ci ildə ilk dəfə mühəndis fizik Ceyms Vatt bu ifadəni işlədib. Alim bir atın (yəqin zor atdan söhbət gedir) 12 filtrli yarı çaplı dəyirman çarxını saatda 144 dəfə, dəqiqədə 2,4 dəfə çevirə biləcəyini, çarxa uyğunlaşan qüvvənin 180 libre-qüvvət bərabərində olduğunu hesablayıb. Qəribə paradoksdu, avtomobili hərəkətə gətirmək üçün öncə at gücüylə ölçüb-biçiblər. Nəticə barədə Vatt qısaca olaraq “at gücü” terminiylə kifayətlənib. Beləliklə, “at gücündə” olan avtomobil erası başlayıb. 140 ildi ki, bütün dünya mühəndis Vattın sözünü təkrarlıyır. Bu alimin avtomobil sənayesinə verdiyi töhfə danılmazdı, amma mən onun at vurğunu olduğuna da şübhə etmirəm. Bəlkə də fizik atı avtomobildən çox sevirmiş. Bəlkə də işlətdiyi ifadə bu uzaqgörən adamın at nostaljisiymiş. O, avtomobillərin atların yoluna necə ayaqlandığını gözəl bildiyindən...

“At gücü” ifadəsiylə Vatt həm də atın təkrarolunmaz, etibarlı bir minik olduğuna işarə edir. Vatt texnologiyanın canlı təbiətə qalib gələ bilməyəcəyini sübut edib. Avtomobillərin “at gücü” texniki standartlara görə nə qədər güclü olsa da, yenə bütün maşınların yol getmək problemi var. Avtomobillər tövşümür, yorulmur, dincəlmir, eləcə xarab olur, yaxud da batıb qalır.   

Su çərşənbəsinin bu bulanıq ovqatında, qarın əridiyi şəhərdə yenə maşınlar palçıqda batıb qalır. Hər gün gedib-gəldiyim bir böyük “Daewoo” avtobusu kimi. Şəhər yolunda zoru yetməyən, yer eşən 290 at gücündə...

Bu, avtomobildi. Onun öz standart qüvvəsidi. Deyim qüvvə haqqında təsəvvürü tamamlamır. At şahanə məxluqdu. At gücü sıldırım qayaları da aşıb keçər. Su çərşənbəsində qarda çəkdiyim əziyyət sonra...

Yenə at yadıma düşdü. Dişi-dırnağıyla yer eşən, toz qoparan, güvənilən ən gözəl minik. Cilov gəmirib yoxuşu birnəfəsə qalxan, yiyəsini yarı yolda qoymayan atlar. Hər atın ölçüyəgəlməz yerişi, öz gücü var.


pxl
TEHRANIN EVİN ZİNDANINDA 14 NƏFƏR DAR AĞACINDAN ASILIB
2012-05-21 - 18:28:00
Mayın 21-də İranda narkotik maddələrin satışında və qaçaqmalçılığında təqsirli bilinərək ölümə məhkum edilmiş 14 nəfər dar ağacından asılıb. “M ardı >>>
mej
pic AQŞİN ƏLİZADƏ “ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF OLUNDU
2012-05-21 - 16:55:00
Mayın 21-də prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Aqşin Əlizadəni “Şərəf” ordeni ilə təltif edib. ardı >>>
mej
BƏHREYN HÖKUMƏTİNDƏN İRANA QARŞI SƏRT AÇIQLAMA
2012-05-21 - 16:40:00
Mayın 21-də Bəhreyn hökuməti bəyanat yayaraq İranın bu ölkənin və bölgənin digər ölkələrinin daxili işlərinə qarışmasını kəskin pisləyib. “Medi ardı >>>
mej
pic BEYNƏLXALQ ATOM ENERJİSİ TƏŞKİLATININ BAŞ DİREKTORU İRANA SƏFƏR EDİB
2012-05-21 - 13:41:00
Yukio Amano Mayın 21-də Beynəlxalq Atom Enerjisi Təşkilatının baş direktoru Yukio Amano Tehran rəsmi ardı >>>
mej
SİLAHLI QÜVVƏLƏRİN 2012-ci İL İTKİLƏRİ: YENİ MƏLUMAT YAYILIB
2012-05-21 - 09:43:00
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin son məlumatına görə, 2012-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 31 itki ver ardı >>>
mej
pic SERBİYADA PREZİDENT DƏYİŞDİ
2012-05-21 - 09:30:00
Mayın 20-də Serbiyada prezident seçkisinin ikinci turu keçirilib. “Media forum” saytı xəbər verir ki, Serb Tərəqqi Partiyasının lideri Tomisla ardı >>>
mej
pic MÜTTƏHİM DƏ, HAKİM DƏ EYNİ SÖZÜ DEDİ: “ALLAH ŞAHİDDİR!”
2012-05-18 - 11:28:00
Qonşum beşinci mərtəbədə, blokda qaranquşların yuva qurduğunu demişdi. Amma onlara baxmağa imkan tapmamışdım. İslamçıların məhkəməsindən dönən ardı >>>
mej
pic VƏKİL: “İSLAMÇILARIN NİCATI AVROPADA, AVROPA MƏHKƏMƏSİNDƏDİR”
2012-05-18 - 10:30:00
Mayın 17-də Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiyanın Astara rayon təşkilatının sədri Rufu ardı >>>
mej
pic LAÇINDAN ARALI
2012-05-17 - 15:27:00
İmdad ƏLİZADƏ Atam Əli Əliyev Laçınla Kəlbəcərin arasında mühasirədə qaldığı əlli dörd gündə anam Ze ardı >>>
mej
pic MİLLİ KİTABXANANIN DİREKTORU YENİLİKLƏRİ “MEDİA FORUM”la BÖLÜŞÜR
2012-05-17 - 13:17:00
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Media forum” saytının suallarını cavablandırıb. - Kitabxana-informasiya sahəsinin ardı >>>
mej
pic TOZA ÇEVRİLMİŞ TORPAQ
2012-05-17 - 10:24:00
Yeganə OQTAYQIZI Laçın... İşğal olunmuş, əsir düşmüş yurd yeri. Hər il torpağa qayıtmaq ümidi ilə ya ardı >>>
mej
pic “AVROVİZİYA 2012”: FİNAL (Birbaşa vəsiqə alanlar)
2012-05-16 - 16:43:00
“Media forum” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı yarışının finalına birbaşa vəsiqə alan iştirakçıları təqdim edir. Final mayın 26-da ardı >>>
mej
pic ORTA YOL
2012-05-16 - 16:02:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Orta yol - mötədil rasi ardı >>>
mej
pic “AVROVİZİYA 2012”: İKİNCİ YARIMFİNAL (İştirakçılar)
2012-05-16 - 15:40:00
“Media forum” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı yarışının ikinci yarımfinalının iştirakçılarını təqdim edir. İkinci yarımfinal mayın ardı >>>
mej
pic “AVROVİZİYA 2012”: BİRİNCİ YARIMFİNAL (İştirakçılar)
2012-05-16 - 14:04:00
“Media forum” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı yarışının birinci yarımfinalının iştirakçılarını təqdim edir. Birinci yarımfinal may ardı >>>
mej
pic AŞAĞI BOYLANMAĞI SEVMİRƏM, YUXARI BOYLANARAM
2012-05-16 - 10:53:00
Gülnar MAYİSQIZI  İstəklərim İstəklərimin ardınca qaçmaq istədim hər zaman. Əslində qaçmaq ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir